Kriştiano Ronaldo və onun “Əl-Nəsr” komandasının gəlişi İranda böyük səs-küyə səbəb olub.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası sentyabrın 19-da komandanın Asiya Çempionlar Liqasında yerli “Persepolis”lə matçda oynayacağı Tehrana gəlib. Komandanın avtobusunu azarkeş izdihamı qarşılayıb, bəziləri hətta arxasınca qaçıb.

Komanda otelə daxil olanda yüzlərlə azarkeş ora axışıb. Onlar “Əl-Nəsr”in əsas ulduzu Kriştiano Ronaldonu, eləcə də ulduz komanda yoldaşlarını görmək arzusunda idilər.

Nəticədə, onlarla insan otelin foyesinə girərək öz kumirinin adını tərənnüm etməyə başlayıb.

E.ŞİRİNOV