Ağdamın adını otuz idir fəxarətlə daşıyan və AzərSUN Holdinqin maliyyə dəstəyi ilə qürurlu oyun nümayiş etdirən “Qarabağ” Futbol Klubu üçün Ağdamda yeni stadion tikiləcək... Stadionun tikintisinə gələn ilin ilk aylarında başlanılacağı deyirlər... Ağdam şəhərində isə hazırda genişmiqyaslı yenidənqurma işləri davam edir. Ağdam RİH-dən "Təzadlar"a verilən məlumata görə, "Qarabağ" üçün tikiləcək statdion tarixi yerində- “İmarət”də olacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş şəhərimizdə stadionunun tikiləcəyi xəbəri Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Azarkeşlər-yeni Ağdam sakinləri isə "Qarabağ"ın ilk oyununun Ağdamda keçiriləcəyi günü səbrsizliklə gözləyirlər...
A.Məmmədli