"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Fənərbaxça"nın maraq dairəsinə düşüb.

TEZADLAR.AZ idman.biz-ə istinadən xəbər verir ki, Türkiyə klubu hücum xəttini Azərbaycan Premyer Liqasının bombardiri ilə gücləndirməyi planlaşdırır.

İstanbul təmsilçisinin skautları artıq Bakıya səfər də ediblər. Klubun nümayəndələri Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab görüşündə (2:3) 27 yaşlı braziliyalını canlı izləyiblər..

Qeyd edək ki, Juninyo Premyer Liqada 15 qola imza atıb.