Polis kapitanı Abbas Tunc Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə yarışda rəqibinə texniki nakautla qalib gələrək KOK Peşəkar kəmərinin sahibi olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı  Elşad Hacıyev sosial medi hesabındakı paylaşımda bildirib.

O, qələbə qazanmış polis kapitanını təbrik edib:

"Həmkarımızı dünya peşəkarlarının iştirak etdiyi yarışda əldə etdiyi qələbə münasibətilə təbrik edirik!",- qeyd edib. 

Xatırladaq ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin ispektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu Peşəkar Kikboksinq üzrə

KOK (king of king’s) 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nakautla qalib gələrək KOK Peşəkər kəmərinə sahib çıxıb. Onun peşəkar rinqdə - 5 döyüşdə 5 qələbəsi var.

 

Y.Məmmədli