Azərbaycanın idman gimnastı Aleksey Karataşov Portuqaliyanın Koimbra şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə “Coimbra Gym Fest” beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan Gimnastika Federasiyasından Tezadlar.az-a verilən məlumata görə, idmançı turniri qızıl medalla başa vurub.

A.Karataşov bu uğura tamblinq növündə nail olub.

SƏRBƏST GÜLƏŞ ÜZRƏ MİLLİMİZ AVROPA ÇEMPİONU OLUB

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Sərbəst güləş üzrə millimiz qitə çempionu olub.

g

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüdə yer alıb. Güləşçilərimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medala sahib çıxıblar. 132 xal toplayan Azərbaycan növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Qeyd edək ki, millinin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

BƏDİİ GİMNASTİKA ÜZRƏ YIĞMAMIZ 3 MEDAL QAZANIB

İspaniyanın Saraqosa şəhərində bədii gimnsatika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycanın yarışda böyüklərdən ibarət yığması növbəti medalı qazanıb.

b

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup komandası 5 halqa və 3 lent, 2 topla çıxışda fəxri kürsüdə yer alıb. Təmsilçilərimiz hər iki növdə gümüş qazanıblar.

Qeyd edək ki, turnirin ilk günündə yığmamız çoxnövçülük proqramında bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN