Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
Tezadlar.az xəbər verir ki, hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Məmmədov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub. Qadınlardan ibarət millimiz Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.
R.XUDATQIZI