Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından Tezadlar.az-a verilən məlumata görə, yığmanın heyətində Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kiloqram) ikinci yeri tutub. Tayfur Əliyev (60 kiloqram) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, Aktauda Azərbaycanı hakimlərdən İlqar Qasımzadə təmsil edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN