booked.netbooked.net booked.net  

Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl ilk məşqinə çıxıb.

Məlumata görə, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.

Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda - fizioterapevtlə birlikdə zalda məşq etməli olub.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN