booked.netbooked.net booked.net  

“Bu, ölkəmizin şərəf və ləyaqətini qoruyan vətəndaşlarımızın bayramıdır.”

 Bu gün Nur-Sultandakı “Demalys Promenade” meydanında Vətənin müdafiəçisi Gününə həsr olunmuş yüngül atletika üzrə estafet keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə kazpravda.kz məlumat yayıb.

Məlumata görə,  yarışda ümumtəhsil məktəblərinin 600-ə yaxın orta və yuxarı sinif şagirdləri iştirak edib.

Nur-Sultan şəhərinin Bədən Tərbiyəsi və İdman İdarəsinin rəhbəri Samat Jılkıbayevin sözlərinə görə, ənənəvi yarışlarda iştirakçıların sayı ildən-ilə artır.

“İlk növbədə, mən sizin hamınızı Vətənin Müdafiəçisi Günü və qarşıdan gələn Qələbə Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm! Bu, ölkəmizin şərəf və ləyaqətini qoruyan vətəndaşlarımızın bayramıdır. Vətən Müdafiəçisi Günü və Böyük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş yarışlarda ümumtəhsil məktəblərinin 600-ə yaxın orta və yuxarı sinif şagirdləri iştirak edir. Hər il ənənəvi olaraq keçirilən yarışlar daha da nüfuzlu olur və iştirakçıların sayı da artır”, - deyə Jılkıbayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev 2022-ci ili “Uşaq ili” elan edib. Bununla əlaqədar dövlət başçısının Qazaxıstan xalqına müraciətinin icrası, kütləvi idmanın inkişafı çərçivəsində belə yarışlar keçirilir.

Qeyd edilir ki, estafet iştirakçıları 14 mərhələdən ibarət 5335 m məsafəni qət ediblər.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN