booked.netbooked.net booked.net  

 

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.

"Təzadlar" CBC-Sport-a istinadla məlumat verir ki, axırıncı oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılacaq. A Liqasının 4-cü qrupunda Niderland yığması Uelsin qonağı olacaq, Belçika isə Polşanı qəbul edəcək. İlk turdan sonra Polşa və Niderland 3 xala malikdir.

B Liqasının 1-ci qrupunda Ermənistan Şotlandiya ilə, Ukrayna isə İrlandiya ilə üz-üzə gələcək. Ukrayna və Şotlandiya qrupda ilk matçlarına çıxacaqlar.

UEFA Millətlər Liqası

A Liqası

4-cü qrup

22:45. Uels - Niderland

22:45. Belçika - Polşa

Xal durumu: Niderland - 3, Polşa - 3, Uels - 0, Belçika - 0

B Liqası

1-ci qrup

22:45. Şotlandiya - Ermənistan

22:45. İrlandiya - Ukrayna

Xal durumu: Ermənistan - 3 (1 oyun), Ukrayna - 0, Şotlandiya - 0, İrlandiya 0 (1 oyun)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN