booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Pin It

(Caroline Laurent Turunc haqqında)

Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən  şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar.

Pin It

"Elza Seyidcahanın şeirlərini çox sevirəm.

Pin It

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi

(Fəlsəfi düşüncələrim silsiləsindən)

...İndi sizə dediklərim, yazdıqlarım özünü dəyişmək üçün ən güclü motivasiyadır. Və bunlar dünya dahilərinin seçmə fikrləri və yazıları əsasında hazırlanıb. İllərdir mən bunları toplamışam və bunlara əməl etdikcə, həmişə xeyrini görmüşəm. Rəhbər vəzifədə işlədiyim uzun illərdə əldə etdiyim uğurlarda bu motivasiyanın böyük köməyi olub.

Beləliklə, keçək əsas məsələyə. Yəqin çoxumuz bilirik ki, bu dünyada öz düşüncə tərzimizi, özümüzü dəyişməkdən çətin heç nə yoxdur. Bu, həqiqətən də belədir. Sən ola bilər ki, saçının rəngini dəyişə bilərsən. Öz paltarını, ünvanını, vətəndaşlığını, hətta həyat yoldaşını da dəyişə bilərsən. Amma özünü, düşüncəni dəyişmək çox çətindir. Ola bilər ki, düşüncəni xaricdən dəyişmək mümkün olsun. Amma daxildən dəyişmək həddindən artıq çox çətindir. Əgər sən özünü dəyişib böyük uğurlar əldə etmək, inkişafa doğru getmək istəyirsənsə, köhnə adətlərindən, əməllərindən, stereotiplərdən əl çəkməlisən. Ona görə böyük səbrin, iradən, ağılın olmaqla, bu müqəddəs yolda yaxşı mənada tər tökməlisən. Bilin ki, insanların çoxu Ulu Tanrının ona verdiyi həyatını sadəcə yaşayır, amma heç vaxt bilmirlər ki, onlar nəyə qadirdirlər. Çünki onlar öz üzərində çalışmırlar. İnsan özünü dəyişmək üçün yalnız və yalnız bütün var qüvvəsi ilə irəliyə doğru can atmalıdır. Çalışmalıdır ki, görsün nəyə qadirdir. Əgər sən məişət qayğılarından əl çəkib, irəliyə doğru hərəkət eləyirsənsə, həmin vaxt kənardan özünü, uğurlarını görürsən. Əhval-ruhiyyənə ayıq başla diqqət yetirəndə görürsən ki, qorxulu bataqlıqdan, çamurluqdan necə asanlıqla çıxırsan. Bax, onda bütün gücünlə, ağlınla çalışırsan ki, bu bataqlıqdan, çamurluqdan necə uzaqlaşasan. Beləliklə də, həmin vaxt bu gözlənilməz hadisə baş verir, hansı ki, sən onu neçə müddətdir gözləyirdin. Əgər sən elədiyin işləri başqalarına danışırsansa, həmin vaxt onlar səni inandırmağa çalışacaqlar ki, “sənin gördüyün işlər lazımsız işlərdir, özünü boş yerə yorma və bunlardan təcili əl çək. Bunların heç bir mənası, xeyri yoxdur”. Bir tərəfdən onlar öz aləmlərində belə fikirləşirlər. Çünki insanların çoxu ona verilən həyatdan lazım olan kimi istifadə edə və bəhrələnə bilmir. Ən dəhşətlisi budur ki, hətta insanların çoxu ömürlərinin sonuna kimi bundan istifadə edə bilmir. Özlərinin tutduqları, getdikləri yolu dəyişməkdən qorxurlar. Amma hər bir insan düşünməlidir ki, axı mən öz həyatımı niyə belə puç edirəm? Bu həyatın gözəlliklərindən niyə lazım olan kimi istifadə etmirəm? Ona görə əgər sən həyatda nəyəsə çatmaq, böyük uğurlara nail olmaq istəyirsənsə, hökmən özünə qarşı çox ciddi, tələbkar olmalısan. Həyatını yaxşılığa doğru qurmaq üçün böyük yaradıcı olmalısan. Bu, özünün üzərində qələbə çalmağın ilk addımıdır və ilk başlanğıcıdır. Bunları etməklə sən artıq başa düşəcəksən ki, addım-addım da olsa qələbəyə doğru gedirsən. Və bütün gücünü, səbrini sərf elə və bu yoldan dönmə, təslim olma!

***

İnsan ilk öncə dərk etməli və tam başa düşməlidir ki, o, həyatda nə istəyir? Nələrə çatmaq istəyir? Bax, onda məqsədinə doğru inamla gedir. Bu vaxt səni tənqid edənlər də çox olacaq. Hətta bu tənqid edənlər arasında öz doğmalarının da olması mümkündür. Amma sən onlara qulaq asmamalısan. Yalnız öz məqsədinə doğru getməlisən. Bu vaxt sənin daxilindən bu sözlər inamla səslənməlidir: “Mən heç kimə imkan vermərəm ki, məni öz yolumdan döndərə bilsin. Çünki bilirəm ki, mən nəyə qadirəm və hökmən istədiyimə çatacam”.

Amma adamların çoxunun özünə inamı olmadığından hər şeyə biganədirlər və fikirləşirlər ki, onlarda bu, alınmaz. Onlar bunu bacarmazlar. Bunu, bu düşüncəni də kənardan almaq olmaz. Bu, məhz insanın öz daxilindən gəlməlidir. İnsan dərindən fikirləşməlidir və buna qətiyyətlə inanmalıdır ki, Yer kürəsində ondan güclüsü yoxdur. Onu heç nə öz yolundan, öz istədiyindən döndərə bilməz. Hər bir insan dərk etməlidir ki, adamların çoxu qolu bağlıdır və həmin buxovlar da onu həmişə geri çəkir. İrəliyə getməyə qoymur. Ona görə də insan ilk öncə həmin buxovlardan azad olmalıdır ki, irəliyə doğru gedə bilsin. Bunu da sən yalnız o vaxt başa düşə bilərsən ki, özünə inamın çox yüksək olsun. Bundan sonra sən qolundakı buxovları qıracaqsan. Onda görəcəksən ki, hər şey yaxşılığa doğru necə asanlıqa dəyişir. Sən bundan dəhşətə gələcəksən və deyəcəksən ki, “bu, doğrudanmı mənəm? Axı mən əvvəllər belə deyildim”. Hətta sən öz hərəkətlərinə diqqətlə fikir versən, şokda olacaqsan ki, bu dünyaya baxışın, düşüncə tərzin radikal formada yaxşılığa doğru necə dəyişir. Bütün bu uğurları gördükcə sən hər gün özün-özünə belə deyəcəksən: “Bax, bu, mənəm. Artıq həyatda mübarizə aparmaq, öz məqsədlərimə çatmaq üçün hər şeyim var. Bu gün məhz mənim günümdür. Bu günümün də qarşısını heç kim ala bilməz. Heç kim məni doğru yolumdan döndərə bilməz”. Bax sən, artıq bunu dərk edəndən sonra hər günün haqqında belə düşünməlisən.

Dünyanın dahi yazıçılarından biri Mark Tvenin belə bir kəlamı var: “İnsan həyatının iki ən tarixi günü var. Birincisi, doğulduğu gün və ikincisi də nə vaxt başa düşür və dərk edir ki, həyata niyə gəlib”. İnsanlar həyatda çox şeyə çata bilməyəndə onu alın yazısının üstünə atırlar. Amma insan başa düşməlidir və tam dərk eləməlidir ki, alın yazısını məhz özü yazır. Əgər insan bilsə ki, həyata niyə gəlib və insanlara hansı köməklikləri etməlidir, onda başa düşəcək ki, bu dünyada əldə edə bilmədiyi heç nə yoxdur. Buna görə insan öz məqsədlərinə doğru böyük inamla getməli və özünə inanmalıdır. Onda kənardan bunu seyr edən adamlar da onun bu hərəkətindən qürrələnəcək və ona inanacaqlar. İnsanın özünə inamı, ən böyük qüvvədir. İnsan həyatda hər şeydə uğur qazanmaq üçün ilk öncə özünə inamdan başlayır. İnsanın hökmən çoxlu arzusu olmalıdır. Başa düşməlidir ki, bu arzular məhz ona məxsusdur. O, bu arzuları yaşadığı dövrdə hökmən gerçək etməlidir. Ola bilər ki, yenə də kənardan ona deyəcəklər ki, bu arzuları reallaşdırmaq mümkün deyil.

Amma o, bu arzularını reallaşdırmaq istəyirsə, onlara doğru böyük səbrlə, inamla getməlidir. Çünki inam, səbr həyatın ən böyük və əsas sərmayəsidir. Ola bilər ki, çoxlu adam desin: “Həyat elə qəddardır ki, insanlara öz arzularını reallaşdırmağa imkan vermir”. Amma insan öz istəklərinə çatanda görəcək ki, adamların çoxu bunu məhz belə başa düşdüyünə, dərk etdiyinə görə öz arzularını reallaşdıra bilməyib. Bax, insan həmin vaxt bunu da dərk edəcək ki, adamlar niyə məhz öz arzularını reallaşdırmaq üçün böyük çətinliklərə, əzablara qatlaşırlar. Hətta onu da dərk edəcək ki, böyük azadlıq mücahidi, qara dərili Melsen Mandelo niyə həyatının 27 ilini həbsxanada yatmaqla, məhz elə həbsxanada yatdığı vaxt öz arzularını reallaşdırmağa, aparteid (genosid) əlehinə mübarizə aparmaqla insanların buxovlardan azad olmasına sərf eləyib və buna da nail olub. Gəlin, bir anlıq fikirləşək: “Axı insanlar niyə bu əzablara qatlaşırlar?”. Bütün bunları başa düşmək üçün insan arzularının ən yüksək nöqtəsinə gedib çatmalıdır. Bütün yaratdıqlarının real olduğunu insan özü görməli və dərk etməlidir. Bax, məhz onda görəcək ki, elə şeylər yaradıb və elə şeylərə nail olub ki, heç kimin bunlar ağlına gəlməzdi, məhz onun ağlına gəlib.

Yadda saxlayaq ki, adamlar tarixi təkcə yaratmır, həm də onu öz əməllərilə yaşadırlar, təsdiq edirlər. Deməli, insan arzularını reallaşdırmaqda, özünü təsdiq etməkdə yarı yolda dayanmamalıdır. Yalnız irəliyə, irəliyə doğru getməlidir. Məqsədlərinə doğru getməkdən yorulmamalı, usanmamalıdır. İnsanın ən böyük qorxusu o deyil ki, arzularına doğru getməsin. Ən böyük qorxusu sadəcə odur ki, fikirləşir “mən bunları bacarmaram. Bunlar məndə heç cürə alınmaz”. Bax, bu qaranlıq fikirlər onu daha çox qorxudur. İnsanların da onun arzuları haqqında düşünməsi, bunlara şübhə ilə yanaşması, ona inanmaması onu qorxutmamalıdır. Çünki onlar, həmin ətrafda olan insanlar hamısı ona xorla deyəcəklər ki, “bunlara çatmaq mümkün deyil”. Çünki axı onlar bunu görməyiblər və bu arzularına doğru getməyiblər.

Mübariz insan onu da fikirləşməlidir ki, insanlar təkcə tarixi yazmır, həm də o tarixi öyrənirlər. Həmin tarixə doğru getmək haqqında daxillərində, beyinlərində arzular yaradırlar. İnsan özünə söz verməlidir ki, həmin arzuları hökmən reallaşdıracaq. Nəyin bahasına olursa-olsun bu arzuları reallaşdırmadan geri çəkilməyəcək və həvəsdən düşməyəcək. Heç kimin iradlarına fikir verməyəcək. Və fikirləşməyəcək ki, bu qaranlıq tuneldən sonra heç bir işıq görmür. Bax, bu qaranlıqdan sonra işığı görməmək çox adamı qorxudur. Ona görə də arzularına doğru getdikləri yarı yolda dayanırlar.Amma mübariz insan onlardan fərqli olaraq, sadəcə başa düşməlidir ki, bütün bunlar onun həyatının proqramlarıdır, kodlarıdır. Bu yolla zəif insanlar öz əzələlərini məşq etdirməklə qüvvətli ola bilər. Zəif xasiyyətli adamlar da xasiyyətini, düşüncə tərzini yorulmadan məşq etdirməklə güclü düşüncə tərzinə malik ola bilərlər. İnsan bütün zəif cəhətlərinə qələbə çalmaq istəyirsə onları yalnız böyük arzularıyla və onlara doğru böyük səbrlə, inamla getməklə dəf edə bilər. Hətta yarı yolda uduzsa belə, yenə də geri çəkilməyəcək. Özünün həmin zəif yerini tapıb, onu israrla məşq etdirəcək ki, böyük məqsədinə gedib çatasan.

Dünya şöhrətli məşhur peşəkar boksçu Maykl Tayson uduzandan sonra özünün zəif cəhətlərini görüb, onları böyük səbrlə, inamla məşq etdirib və sonra qələbələrə doğru ildırım surətilə gedib. Bəli, bəli. Bu, həqiqətdir. Yüksək iradəsi, özünə inamı yüksək olan belə adamların öz məğlubiyyətindən sonra da özlərinə inamı daha çox artır və qələbəyə doğru getməyə özlərində böyük güc-qüvvət yaradırlar. Yadımıza salaq Şah İsmayıl Xətaini, Şeyx Şamili, Şarl de Qolu, Heydər Əliyevi və onlarca başqalarını. Bax, çalış sən də belə ol. Kim az şey istəyirsə, az əmək sərf edir. Kim çox şey istəyirsə çox böyük əmək sərf etməlidir. Yalnız və yalnız bu arzularını reallaşdırmağa çalışmalıdır. Ona görə də bu müqəddəs yolda çox şeydən keçmək lazımdır. Əgər sən artıq sabahdan bu müqəddəs yola başlasan, özün də görəcəksən ki, az vaxtda çox şeyə nail olubsan. Sən başqalarından fərqli olaraq, özünü məcbur edə bilirsən ki, hər şeyi etməyi bacarırsan. Hər şeyə qadirsən. Bax, həmin vaxt insanlar sənə həsəd aparacaq və sənin ideyalarının, fikirlərinin ardınca böyük həvəslə, inamla gedəcəklər. Bax, onda görəcəksən və tam dərk edəcəksən ki, həyat və yaşamaq necə də gözəldir. Arzuları reallaşdırmaq necə də asandır. Artıq onda başa düşəcəksən ki, bütün bu əzablara dözməkdə, sinə gərməkdə sən səhv etməyibsən. Hə, hə sən, həqiqətən də səhv etməyibsən. Və necə də gözəl həyat yaşayıbsan və yaşayırsan. Sənə bu müqəddəs yolda ilk öncə böyük səbr və uğurlar diləyirəm. Onu da bil ki, insan öz taleyini, həyat uğurlarını yalnız və yalnız məhz özü həll edir. Və alın yazısı sadəcə tarixlər boyu uydurulmuş bir xülyadır. Bunu da məhz o adamlar uydurub ki, öz məqsədələrinə doğru ciddi-cəhdələ getməyiblər. Özləinə inamı olmayıb.

Bir daha deyirəm. Çalış, özünü dəyiş. Və bil ki, bu həyat sənə yalnız bir dəfə verilib. Sənə verilən həyatdan öz məqsədlərin üçün yüksək dərəcədə istifadə elə. Yadına sal, dünyada məşhur olan dahiləri... Tarix yazan Konfutsini, Buddanı, Musa peyğəmbəri, Zərdüşt peyğəmbəri, Yusif peyğəmbəri, İsa peyğəmbəri, Məhəmməd peyğəmbəri. Böyük sərkərdələr- Çingiz xanı, Aleksandr Makedonskini, Yuli Sezarı, Atillanı, Cavanşiri, Mete xaqanı, Fateh Sultan Məhəmmədi, Əmir Teymuru, Şah İsmayıl Xətaini, Napoleonu, Kutuzovu, Suvorovu, Şeyx Şamili və onlarca başqalarını...

Əgər onlar böyük israrla, böyük mübarizə yolu keçməklə öz istəklərinə çatıblarsa, bəs sən niyə çata bilməyəsən? Axı onların heç biri göydən yerə enməyibdir. Onlar da sənin kimi Yer kürəsində dünyaya gəliblər. Səbrlə, ağılla, böyük mübarizliklə, yorulmadan, usanmadan məqsədlərinə doğru getməklə öz istəklərinə çatıblar. Deməli, sən də bunu bacara bilərsən. Bacarmalısan!

Fikrimi bu aforizmlə davam etdirirəm: “Bilin ki, ən güclü döyüşçü - səbr və zamandır”.

Onu da vurğulayım ki, bu yolda böyük qələbə əldə etmək üçün insan ilk öncə öz xarakterini, xasiyyətini dəqiq bilməlidir. Və bilməlidir ki, o, aşağıda yazdığımız hansı xarakterə məxsusdur.

  1. Xolerik (tündməcaz adam) - Fəaldır. Yaradıcı və təşəbbüskar işçidir. İşdə irəli çəkilməyə layiqdi, amma onu ya maddi, ya da mənəvi cəhətdən maraqlandırmaq lazımdır. Xoleriklər münaqişəni sevirlər. Rəhbər işdə işləməyə meyillidirlər. Küsəyəndirlər, lakin kin saxlamırlar.
  2. Sanqvinik (diribaş adam) - Çevikdir. Maddi və ya mənəvi cəhətdən təmin olunduğu vaxt təşəbbüskar olur.Təmkinlidir. Yaxşı rəhbərdir. Xolerikə (tündməcaza) nisbətən öz hərəkətlərində, əməllərində mərhəmət göstərməkdə soyuqqanlıdır və həm də hiyləgərdir.

III. Fleqmatik (soyuqqanlı, laqeyd adam) - Yaxşı işçidir. Həm də vəznli, namuslu, məsuliyyətli işçidir, lakin paxıldır.Tez inciyəndir. Kinlidir. Söz gəzdirməyi, xəbərçiliyi sevir. Hətta yeri gələndə bundan həzz də alır.

  1. Melanxolik (qarasevdalı adam) - Belə adamlar, o biri xarakterlərin asılı tipinə məxsusdurlar. Onlarla əlaqə yaratmaq çətindir. Dostluqda, ailədə baş verən narazılıqlardan əziyyət çəkirlər. Heç bir maraqlı təklifi və işi ilk dəfədən qəbul edə bilmirlər. Qarasevdalı adamı acıqlandırmaq, qamçılamaq lazımdır ki, tələskənlik və ya işdən qovulmaq hissi daxilində daim onu təqib eləsin və gördüyü işə həmişə can yandırsın.

İndi isə daha geniş açıqlamamızda dərindən, diqqətlə düşünün və dəqiq müəyyənləşdirin ki, xarakteriniz bu tiplərin, xarakterlərin hansına daha çox aiddir və öz xarakterinizi dəqiq öyrənin.

  1. Xoleriklər (tündməcaz adamlar) - güclü, daim hərəkətdə olan proseslərə yiyələnirlər. Lakin ehtirasın tormozlanması, səbrin cilovlanması mümkün olmadığına görə onlar, özündən tez çıxan əsəb proseslərinə malik olurlar. Onlar bir iş sahəsindən və bir işdən asanlıqla başqasına keçə bilirlər. Özlərindən tez çıxsalar da, bəzən, yeri gələndə, yəni lazım olan məqamda möhkəm əsəb sisteminə malik olduqlarını göstərməklə və hətta nümayiş etdirməklə asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək və dostluq etmək asan deyil.
  2. Sanqviniklər (diribaş adamlar) - güclü, tarazlaşmış, hərəkətdə olan, məntiqə söykənən əsəb proseslərilə xarakterizə olunurlar. Onlar fəal və yaradıcılıqla işləməyə qadirdirlər.Çox asanlıqla bir emosional vəziyyətdən digərinə keçə bilirlər. Onlar əgər istəsələr, qarşılarına həlli çətin məsələlər qoyub, onları məntiqlə, asanlıqla həll edə bilərlər. Onlar heç bir problemli işdən qorxmurlar.

III. Fleqmatiklər (soyuqqanlı, laqeyd adamlar) - güclü və səbrin üstünlük təşkil elədiyi əsəb proseslərilə xarakterizə olunurlar. Onlar yeni iş prosesinə, yeni iş yerinə çox gec öyrəşirlər. Lakin həmin işi vicdanla sona çatdırırlar. Fleqmatiklər rəhbər işçi olanda özlərini sakitcə, planlı iş görən kimi aparmağı bacarırlar. Onlar çox vaxt planlarının dəyişməsinə, təcili qərarların qəbul olmasına dözmürlər. Səbrsizlik göstərirlər. Bəzən düşdükləri şəraitin tələb etdiyi templər, sürətlər də onlar üçün gücyetməz, ağır ola bilər.

  1. Melanxoliklər (qarasevdalı adamlar) - ehtirasın tormozlanmış zəif prosesinə malikdirlər. Çətin vəziyyətdə özlərini tez itirir və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq qərar qəbul edirlər. Əqli və fiziki gərginlikdən tez yorulurlar. Xəstəliyi, xoşagəlməz xəbəri tez qəbul edirlər və ürəklərinə salırlar. Həm də düşdükləri şəraitə çətinliklə alışırlar və uyğunlaşırlar. Belə adamlar stress və depressiyaya daha tez düşürlər. Və onları stressdən, depressiyadan çıxarmaq üçün xoleriklərin və sanqviniklərin köməyinə böyük ehtiyacları olur.

Bütün yuxarıda deyilən tiplərin içərisində elə insanlar da olur ki, düşdükləri ağır şəraitdən, xaosdan, gərginlikdən, məşəqqətli həyatdan, müharibənin gətirdiyi böyük faciələrdən asılı olaraq, bir xasiyyətdən başqa xasiyyətə də keçə bilirlər. Çünki insanın daxili, beyni o qədər zəngindir ki, həyat yaranandan psixoloqlar, filosoflar heç bir adamın daxilini dəqiq öyrənə bilməyiblər.Ona görə də insana düşdüyü vəziyyətlə əlaqədar çox şeyi həyat özü diktə edir. Bu fikirlər isə Eksezdensialist fəlsəfəsində özünün dəqiq məntiqi ilə əksini və izahını tapıb.

Həyatınızın daha şən, mənalı və maraqlı keçməsi üçün burada yazılanları da bilməyiniz və yaddaşınızda saxlamağınız çox vacibdir. Çünki bunlar, insanın həyat universitetidir.

Pin It

Zövqlü dinləyicilərə və izləyicilərə daha bir sürpriz...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN