"Allahın köməkliyi ilə həll olundu. Dostlarım və ən çox da anam kömək etdi. Sponsorum göydə Allah, yerdə anamdır".

TEZADLAR.AZ xəbər verir ki, bu sözlər Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" proqramında deyib. Bir müddət əvvəl anasının sahib olduğu obyektlə bağlı qalmaqal yaşayan müğənni bu hadisədə ona yardım edənlərdən danışıb:

"Nüşabə Ələsgərli, Könül Kərimova, Damla, Rəqsanə İsmayılova, Ədalət Şükürov dəstək oldu. Elə insanlar oldu ki, bu hadisə onları mənim həyatımdan çıxartdı. Elələri də var ki, onları Allah həyatıma saldı. Anam evini satdı və pulu verdim. Haqsızlıqları danışmaq istəmirəm. Amma bitdi. 

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. 

axşam.az