Avqustun 1-dən etibarən nikahla bağlı ritualların qiyməti artacaq. 

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan hökumət 18 iyulda yeni fərman imzalayıb. Yeni qərara əsasən, Ədliyyə Evinin filialında və ya icma mərkəzində xüsusi ritual xidməti (nikah mərasiminin təntənəli şəraitdə keçirilməsi) 50 lari deyil, 75 lariyə başa gələcək. Hökumətin qərarına əsasən, nikah evində nikahın bağlanması şənbə və bazar günləri 225 lari, digər günlərdə isə 135 lari olacaq. Bu gün eyni xidmətin qiyməti həftə sonları 150 lari, adi günlərdə isə 90 laridir. Bundan başqa xidmət agentliyinin filialından kənarda 170 lariyə başa gələn nikah qeydiyyatı, avqust ayından sonra 255 lariyə başa gələcək.