booked.netbooked.net booked.net  

 Ötən gün İstanbulda türk filminin yaranmasının 108-ci ili münasibətilə “Türk Sinemasını Geçmişten Geleceğe Taşıyanlar Ödül Töreni” keçirilib.

Gecəyə türk filminin şanlı tarixinə öz imzasını atmış məşhur aktyor və aktrisalar – canlı korifeylər dəvət ediliblər və mükafatlandırılıblar. Gecəyə təşrif edənlər arasında türk sinema və teatrının məşhurlarından biri - sevilən aktrisa Sebahat Adalar da olub. Xatırladaq ki, məşhur aktrisa uzun illərdir ki, Türkiyədə seriallara və filmlərə çəkilir. Rol aldığı saysız-hesabsız filmlərdə isə yaddaqalan obrazlar yaradıb.

Xatırladaq ki, məşhur aktrisa bir müddət öncə TEZADLAR TV-nin də qonağı olub.

Sebahat Adaları türk sinema tarixinin 108-ci ili münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN