booked.netbooked.net booked.net  

 

Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialının dosenti, AYB və AJB üzvü  Sabir Rüstəmoğlu (Məmmədov) "Təzadlar"a qələbə ruhlu şeirlərini göndərib... Aşağıda təqdim edirik...

ALİ BAŞ KOMANDAN!

Baş Komandan əmr verdi!
Düşmən üstə hücum dedi.
İrəliyə gedin dedi,
Daşnaqları əzin dedi.

Pələng kimi sıçradılar,
Yağıların üzərinə,
Nərələri qalxdı ərşə,
Tufan qopdu yerə - göyə.

Pərən – pərən oldu döşmən,
İgidlikdən dəm vuranlar,
Heş bir şeyi bacarmadan,
Diz çökdülər önümüzdə.

Dünyaya səs saldı İlham,
Alqış dedi bütün aləm.
Qarabağı dığalardan,
44 günə azad etdi.

Bayraqdarlar,İtiqovanlar,
Ermənini məhv etdilər.
“Dəmir yumruq” əzdi başın,
Vəhşi düşmən cəlladların.

Var ol səni Baş Komandan!
Qarabağı azad etdin.
Xalqımızın ürəyində,
Sən əbədi Günəş oldun!
İlham oldun, Sönməz oldun!
Milli bir Qəhrəman oldun!

 İGİD ƏSGƏR

 Şiddətli bir döyüş gedir,
Nərə çəkir igid əsgər.
Gözləməyə macal yoxdur.
Hücuma keç igid əsgər.

Aman vermə yağıya sən,
Göydən başına od ələ.
Nəfəsin kəs, tez məhv elə,
Hücuma keç igid əsgər.

Dağda düşmən yuvasına,
Pələng kimi sıçrayış et.
Bir andaca canını al,
Hücuma keç igid əsgər.

Şərəfli bir yol gedirsən,
Mərd igidsən xalqın üçün,
Vətən üçün, oban üçün,
Hücuma keç igid əsgər.

Elin sənə alqış deyir,
Kürəyində el dayanır.
Ürəyində Vətən eşqi.
Hücuma keç igid əsgər.

“Azərbaycan Qarabağdır”,
Bu xalqımın haq səsidir.
Tanıd bunu dünyada sən,
Hücuma keç igid əsgər.

Bu qələbə uzaq deyil,
Qarabağdı Azərbaycan!
Ürəklərə məlhəm gətir,
 Hücuma keç igid əsgər.

Al canını onların sən,
Tarix boyu xalqımıza,
Tələ qurub bu vəhşilər,
Hücuma keç igid əsgər.

Qaldır zəfər bayrağını,
Qarabağda dalğalansın,
Üç rəngli bayrağımız,
Hücuma keç igid əsgər.

Qarabağı dığalardan,
Azad elə həmişəlik.
Qoy xalqımız xilas olsun,
Hücuma keç igid əsgər.

Əbədi bir tarix yaz ki,
Yaşayasan ürəklərdə.
Xalqın üçün şərəf gətir,
Hücuma keç igid əsgər.

 ŞƏHİD XUDAYARIM

(Şəhid döyüşçü Xudayarın əziz xatirəsinə)

Ürəyində Vətən eşqi kükrəyən,

Qarabağda şəhid olan Xudayar!

Səsi bal tək ruhlara süzülən,

Xoşavazlı, saqraq səsli Xudayar!

           ***

Vətən onun, torpaq onun, el onun,

Torpaq üçün düşmənlərlə vuruşan.

Dığalara qan udduran, dağ çəkən,

Dağ vüqarlı mərd oğuldu Xudayar!

       ******

Ölümü ilə ölməzliyə qovuşan,

Tarix  yazdı əməlilə, işilə,

Torpağını candan artıq istəyən,

Qeyrətli bir oğul idi Xudayar!

        ****

Xalqı onu heç bir zaman unutmaz,

Xatirədə-ürəklərdə yaşayır.

Qarabağın hər daşında izi var,

Elin vuran nəbizidi Xudayar!

        ****

Səsində bir məlahət var, istək var,

Düşmən üçün göz dağıdı  Xudayar!

Xalqı üçün haray çəkən, hay verən,

Mərd igidlər varisidi  Xudayar!

                                  VƏTƏN OĞLU

 

                                Ana Vətən uğrunda sən,

                                Gir döyüşə, Vətən oğlu!

                                Daşnakların kahasında

                                Əz başını, Vətən oğlu!

 

                                Fürsət vermə düşmənə sən,

                                O, hiyləgər bir iblisdi!

                                Bərəni tut, tərpənməsin,
                                Al canını, Vətən oğlu!

 

                               Ermənidi, daşnakdı o,
                               Əməlində bədxahdı o.

                               Çalışacaq qurtulmağa,
                               Al canım, Vətən oğlu!

 

                               Sənin yolun haqq yoludu,

                               Qarabağı azad etmək.

                               Bu savaşda düşmənin sən,

                               Al canını, Vətən oğlu!

 

                               Doğma Vətən harayında,

                               Allah sənə qoy yar olsun.

                               Cəllad-düşmən erməninin,

                               Al canını, Vətən oğlu!

 

         HƏSRƏTLİ İLLƏR

      Həsrət dolu illərə,

       İndicə son qoyuldu.

                 Mən Ağdama qovuşdum,

         Sevinc kədərə döndü,

      Ağşəhəri görmədim.

      Ürəyim parçalandı,

          Talan olmuş şəhərdən,

             Heç bir nişan qalmamış,

  Vəhşilər Ağşəhəri,

        Qara torpağa qatmış.

      Bu halı görən insan,

       Varlığından yox olur.

    Erməni daşnaqlara,

      Nə ad versən yaraşır:

        Vəhşi, cəllad, qaniçən,

Budu onların adı.

Tarixin səhfəsində

 Qanlı ləkədi onlar.

 

 MÜƏLLİM

 Zəhməti ellərə bar-bəhər verən,

Şərəfli bir yolla sabaha gedən.

  Ürəyi Günəş tək nur səpələyən,

   Xalqın sevimlisi, ürəyi müəllim!

 

      Gəncliyi inamla önə aparan,

     Mübariz zəhmətlə, ruhla çalışan,

     Elin gənclərinə ilham bəxş edən,

     Xalqın sevimlisi,ürəyi müəllim!

 

                               Tarix sınağından üzü ağ çıxan,

      Böyük müdriklərə ilk söz öyrədən,

  Onların yolunu nura qərq edən,

  Xalqın sevimlisi, ürəyi müəllim!

 

   Dünən də, bu gün də yerin zirvədi,

                             Əməyin ellərə nur çələngidi.

    Xoşbəxt gələcəyə yol göstərənsən,

                             Xalqın sevimlisi, ürəyi müəllim!

 

 ƏBƏDİ YUXU

 Ölüm əbədi yuxu,

Geriyə dönüşü yox.

Anam yuxuya getmiş,

Biz elə bilirik ki,

Sanki indi duracaq.

Xumar baxışlarilə,

Bizə sakit baxacaq.

Kaşki elə olaydı,

Ümidlər çin olaydı.

Bizdə onunla birgə,

Qəhqəhələr içində,

Danışaraq güləydik,

Şad bir ömür sürəydik.

Fani dünya belədi,

Verdiyini tez alır.

Qəm çəkməkdən insanlar,

Bax beləcə qocalır.

Nə deyesən fələyə,

Onun yolu belədir.

Çalışsaq da nə qədər,

Öz yolulə o  gedir.

Aldığılə verdiyi,

Kimsəyə bəlli deyil,

Hər bir insana sonda,

Əbədi yuxu verir.

 

 DAĞLAR

Güneyi – quzeyi görünən dağlar,
Nədir qəm yükünə batmısan yenə?!
Gəlimli – gedimli qoca dünyada,
Küskün bir qoca tək durmusan yenə!

***
 İldırım çaxması, dolu tökməsi,
Başının üstünə qara çökməsi.
Şaqıltı, gurultu ərşə qalxması,
       Bütün bu hallardan usanan dağlar!

***
Buludlar içində tənha qalmısan,
Çoşqun çaylar kimi aşıb – daşmısan.
Yaradan göylərə ucaldıb səni,
Amalı, istəyi xoş olan dağlar!

***
Qonaqlı – qaralı olan çağında,
Səsin hər tərəfə yayılır nədən?!
Gülüşlər, şən səslər eşidilir hey,
Boyu zirvələrə yüksələn dağlar!

***
Yayda çal – çağırı əskik olmayan,
Payızda süsləşib qüssəyə dalan.
Yenidən el – oba həsrəti çəkən,
Məramı – ilqarı xoş olan dağlar!

***
Dayanıb hər zaman öz məkanında,
Dəyişməz  yurdunu bircə an belə.
Nə qədər tufanlı illər keçsə də,
Yenə yerindədi vüqarlı dağlar!

***

Dünya boşalsa da, illər ötsə də,
İnsanlar dünyadan köçüb getsə də,
Yenilər dünyaya təşrif gətirir,
Sənin qonağındı bu ellər dağlar!

***
Yolun gözləyirsən sən bu ellərin,
Küsün bir baxışla baxırsan yola.
Ayrılıq hicranı üzür hey səni,
Gözü aranüzə dikilən dağlar!

***
Sabir həsrətini çəkir hər zaman,
Qövr edir ürəyi bu ayrılıqdan.
Sənin görüşünə tez çatmaq üçün,
Can qoyur yolunda, a qoca dağlar!

("TƏZADLAR")

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN