"Gender bərabərliyinə nail olmaq məqsədi getdikcə uzaqlaşır. Hazırda BMT təxminən 300 ildən sonra buna nail olacağımızı proqnozlaşdırır".

Bu fikri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.
Baş katib BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasına müraciət edərək qadın hüquqlarının bütün dünyada təhlükə altında olduğu bu dövrdə keçirilən görüşün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Antonio Quterreş qadın hüquqları sahəsində əldə edilən irəliləyişlərin gözümüzün qabağında yox olmağa başladığına diqqət çəkib.
BMT-nin qadınların və qızların yanında olduğunu vurğulayan Antonio Quterreş qeyd edib ki, mövcud qlobal sistemdə qadınlar üçün dəyişikliklər edilməlidir.
BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının bu il əsas mövzusunun texnologiya və innovasiyada gender uçurumunun aradan qaldırılması olduğunu xatırladan Antonio Quterreş deyib: “Əslində bu, sadə bir hesablama məsələsidir, elm və texnologiyanın potensialının yalnız yarısı ola bilər''.
Antonio Quterreş elm sahəsində Nobel mükafatlarının yalnız 3 faizinin qadınlara verildiyini  əsrlər boyu davam edən ayrı-seçkilik və stereotiplərin xüsusilə elm və texnologiya sahələrində ciddi gender uçurumuna səbəb olduğuna diqqət çəkib.
 BMT-nin baş katibi Antonio Quterreş "Qadınlar və qızları susdurmaq olmaz'' deyib.