Müğənni Nura Suri sosial şəbəkə hesabında belə sözlər paylaşıb: “Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə, kişilər hər istədiyini edəndə, fahişə olmur, qadın kiminləsə münasibətdə olanda, şəkilləri yayılanda həyatı məhv olur?”

P.S. Ay Nura Suri xanım, ay rəhmətliyin qızı, şou -biznesdə məgər fahişə kişilər yoxdur? Var, özü də bu “kişilər” fahişəlik məsələsində şou-biznes xanımlarının qabağına qoz qoyarlar. Bu, sənin birinci səhvindir. İkinci səhvin ondan ibarətdir ki, deyirsən qadınlar “kiminləsə münasibətdə olanda, şəkilləri yayılanda həyatı məhv olur”. Tamamilə yanlış fikirdir. Göstər mənə elə bir şou əhli xanım ki, kiminləsə münasibətdə olduğuna görə, hətta əri olsa belə, həyatı məhv olub? Əksinə, şou əhli xanımlar kiminləsə yox, konkret kişi ilə, yəni sponsorla açıq-aşkar, ərinin, övladlarının və cəmiyyətin gözü qarşısında münasibətdə olduğuna görə, həyatı gözəlləşir, həyatına bahalı maşınlar, villalar, kiliplər daxil olur. Bu münasibət pozularsa, bax onda xanım müğənninin həyatı məhv olur. Odey, təzəlikcə Şəbnəm Tovuzlunun sponsor Həccisi onu tərk edib və yazıq az qala Leyli olub çöllərə düşsün.

***

Əməkdar artist Mehriban Xanlarova instaqram hesabında belə bir paylaşım edib: “Elə bir həyat yaşayın ki, ailə quracağınız insanla harasa gedəndə, başı yuxarı gedəsiniz, başı aşağı yox”.

P.S. Mehriban xanım, deyəsən, göydən zənbillə düşmüsən. Şou əhli hara, utanmaq hissi hara? Belə xanımlar ailə qurandan sonra (əgər qura bilsə) keçmişini dərhal unudub, o qədər başı yuxarı gəzirlər ki, az qala gözləri ayaqlarının altını belə görmür. Sən də nə qoyub, nə axtarırsan?

***

Aparıcı Şəhriyar Əbilov tənhalıqdan gileylənərək bir sayta belə deyib: “Ayaqdayam, səhnədəyəm, hər şey əladır. Qadınların diqqətində olan insanam. Amma, o yoxdur, yarım yoxdur”.

P.S. Ay Şəhriyar bəy, görünür ötən il ayrıldığın rəqqasə Oksana Rəsulovanın qarğışı səni tutub və  o yarını da daha tapa bilmirsən. Bu, bir. İkincisi isə Şəhriyar bəy, şou əhli arasında yar yox, yardımçı, yəni maddi yardım edən, şou dilində desək, sponsor, sevgili olur. Yoxsa, şou əhli hara, yar hara?

***

Qəzetlərin birində müəllimlərin əmək haqlarından bəhs edən yazıya belə başlıq qoyulub: “Müəllimlərin maaşı üç ildən sonra 1000 manat olacaq”.

P.S. Bəs, üç ildən sonra qəssaba şıllaq atan dananın, iynələnmiş toyuğun qiyməti nə qədər artacaq? Deməli, üç ildən sonra da yazıq müəllimlərin maaşı indiki kimi qəpik-quruş olacaq.

***

Dövlət Sərhəd Xidməti Mətbuat Xidməti Mərkəzinin verdiyi məlumata görə, Sərhəd qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən, ümumi çəkisi 62 kq.764 qram olan narkotik vasitələrin İran ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

P.S. Mən başa düşə bilmirəm, bu İran İslam Respublikasıdır, yoxsa narkotika dövləti? Elə hey eşidirik ki, İrandan Azərbaycana narkotik keçirmək istəyənlər yaxalanıb. Onda qoy mollalar yığışıb bu dövlətin adını dəyişərək birdəfəlik İran Narkotik Respublikası qoysunlar dəə...Onsuz da dünyada İran adı gələndə, narkotika və terror yada düşür.  A mollalar, İslam adını dövlətinizə yapışdırıb nə dünyanı üstünüzə güldürün, nə də İslam dininə zərbə vurub, onu gözdən salmayın...

***

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının  COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Fransa hökümətini bir çox dövlətlərdə törətdiyi soyqırım aktlarına görə, üzr istəməyə çağırıb.

P.S. Görəsən, Fransa prezidenti, erməni axçisi  Emma Makroyanın oğlu Emanuel Makron bu çağırışdan azacıq da olsa, xəcalət hissi keçirdimi? Lənət şeytana, mən nə danışıram ə? Erməni hara, xəcalət hissi hara? Erməni həyasızlığı dünyada sərhəd tanıyırmı ki, xəcalət hissinin nə olduğunu da bilsin? Ona görə də, Fransa prezidenti Makron özünün kiçik bacısı Paşinyanın çaldığı ilə oynayır.

***

Məlum olduğu kimi, Qarabağ erməniləri ilə Azərbaycan icması arasında görüşlər və danışıqlar baş tutdu ki, bu da gələcəkdə Azərbaycan vətəndaşları olan Xankəndi ermənilərinin bizim qanunlar altında yaşaya bilməsini təmin etməlidir.

P.S. Deyəsən, ermənilər özlərinin ağır artilleriyası olan qızları belə görüşlərə, danışıqlara hələ cəlb etmək istəmirlər. Əgər erməni qızları da bu danışıqlarda iştirak etsələr, Hacıbala müəllim demiş, əmin olun Qarabağ erməniləri ilə birgə yaşayışımız mütləq baş tutacaq. Nəticədə, ermənilər bizm qanunlarla, bizimkilər də ermənilərin “ağır artilleriyası” ilə sülh və əmin-amanlıq şəraitində şad, xürrəm ömür sürəcəklər.

***

Hüquqşünas Əkrəm Həsənov şadlıq evlərində toy sahiblərinə çatası ƏDV-nin verilməməsindən danışarkən, bir qəzetə belə deyib: “Şadlıq evləri illər boyu toy sahiblərinə çatası ƏDV-ni də yeyiblər”.

P.S. Əkrəm bəy, Allah səni güldürsün, lap öldüm gülməkdən. Ay səni Allah saxlasın. Əvvala, şadlıq evləri yeyib-içmək yeridir dayna. Nə fərqi var, quzu ətinin kababını yedin, ya da ƏDV-ni? İkisi də pula bağlıdır da bə. Bu, bir. İkincisi şadlıq evləri, yaxşı bilirik ki, ayrı-ayrı məmurlara məxsusdur. Bu məmurların da, ustad şairimiz Məmməd Arazın bir şeirindəki kimi desək, tamahları daşkəsən mişardan iti, gödənləri bir qara yarğandan dərindir. Ona görə də, ötən bu illər ərzində şadlıq evlərində toy sahiblərinin ƏDV-ni yeyiblər. Hələ yaxşı ki, toy sahiblərinin özlərini basıb yeməyiblər.

***

Müğənni, “Get hoppan” mahnısı ilə məşhurlaşan Mina Hüseynova ərə getdiyi adamdan ötən il qalmaqallı şəkildə ayrılsa da, yenə türklər demiş, bekar deyil. Mina xanım, yeni bəylə instqramda fotosunu paylaşıb və altından da belə sözlər yazıb: “Həyatıma xoş gəldin, çox xoşbəxtəm. Səni sevirəm”.

P.S. Hə, deməli, Mina xanım bəyin birinə “Get hoppan”, o birinə isə “Xoş gəldin” deyir. Allah bu Minanın xasiyyətini kəssin. Canı yanmışın ürəyi o qədər genişdir ki, ora gələn bəylərin birinə, “Get hoppan”, o birinə “Xoş gəldin” deyə bilir. Allah saxlamış, elə qonaq qarşılayıb, yola salmaqla məşğuldur. Ürəyi yumşaq, ürəyi genişlik də belədir dayna... Mina da bu səbəbdən çox qonaqpərvər xanımdır.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli