booked.netbooked.net booked.net  

  “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etmişlər.

Xidmətin Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, şəhid analarına və xanımlarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılmış, əlamətdar gün münasibətilə xatirə plaketi, gül dəstələri və ailə üzvələrinə bayram hədiyyələri təqdim edilmişdir.

Keçirilmiş tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanmışdır.

Torpaqlarımızın erməni işğalından azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan sərhədçilərinin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılmış, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu, qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı bir daha qeyd edilmişdir.

Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, ailələrinin ziyarət edilməsinin dövlətimizin şəhidlərə olan ehtiramının bariz nümunəsi olduğunu bildirmişlər.

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN