“Türkçülük türk millətini yüksəltmək deməkdir.” (Ziya Göyalp, ”Türkçülüyün Əsasları, səh.31, ”Maarif”, Bakı, 1991”).

…Özəllik, yaxud farsca- millilik, sənin varlığının nişanı, əlamətləridir. Adamın özəllikləri, onun canı, yəni doğal (təbii), bioloji varlığı, sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi (düzü- bilim, elm, səhvi- din, uydurmalar), tarixi yaddaşında qalan gerçəkdən qaynaqlanan gördükləridir(təcrübəsi). Eyni zamanda xalq yaradıcılığı - adəti, ənənəsi, vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti, ədəbi yaradıcılığı, folkloru, quruculuğu, yaratdıqları, yaşam tərzi, gələnəklərindən ibarət, biri o birini tamamlayan, uzlaşan, maddi və mənəvi dəyərlər toplusudur. Başqa canlıların özəllikləri isə, özlərinə xas, instiktə dayanan davranışlarıdır.

 Azərbaycanda türkün (oğuz, alban, qıpçaq, sak, ərmən), talışın, ləzginin, kürdün, udinin, saxurun və sair əzəli xalqların özəl, milli kimlikləri ərəb işğalından sonra zorla İslamlaşdırılmaqla ərəbləşdirildi. Ərəb ordularının işğalı, yəni qaba gücü yalnız adam öldürmə, köləlik, dağıntı və yağmalama ilə bitmədi, bu işğal həm də ərəbin yarımvəhşi, geriçi, yenicə formalaşmaqda olan yumşaq gücü - İslam dini, İslamlaşdırma ilə, yəni ərəb olmayan xalqların maddi və mənəvi dəyərlərinin ərəbləşdirilməsilə zorlandı, oturaqlaşdı və bu günədək davam edir...

 Məntiqlə, özündən güclüsünü, yalnız ondan daha ağıllı və hiyləgər olmaqla, qılığına girməklə nəyəsə inandırmaqla, aldatmaqla, özündən gücsüzünü isə, həm də buna zorlamaqla, ölüm, aclıq və başqa məhrumiyyətlərini təhdidi altında öz fikirlərinə qulluq etdirə bilərsən. Ərəb işğalçıları hər iki üsuldan başarıyla yararlandılar.

 Sonradan özünə gələn, toparlanan türklər tərəfindən qaba güclə, yəni savaşla yenilən, öz qaba güclərini itirən ərəblər özlərinin yumşaq gücü olan – İslam dini vasitəsilə türklərin iqtidarında nəinki öz üstünlüklərini qoruyub saxlaya, hətta qalib türkləri öz geriliklərinə - İslama assimilyasiya edə, gömə bildilər. Ərəblər buna türklərin və başqa xalqların dilini, dinini, yazısını, düşüncələrini zorla islamlaşdırmaqla, yəni mənəviyyatını ərəbləşdirməklə nail oldular. Bu gün bütün həyatımız, hətta adımıza, məişətimizə, yatağımıza qədər... doğal sürəcə, dünyəvi düşüncəyə zidd olaraq, geriçi ərəb İslamının ehkamları ilə uyğulanmaqdadır. Yəni,  tənzimlənməkdədir. Uşaqlıqdan artıq «ərəbləşmiş»   ata və anamız tərəfindən iliyimizədək hopdurulan geriçi ərəb İslam ehkamlarından, düşüncəsindən  qopub sağlam dünyəvi yaşam tərzinə keçmək çox çətin, bəzən tam yuyulmuş beyinlərdə isə heç  mümkün deyil, bununçün savadlanma yoluyla  bütünlüklə İransayağı islamdan, sadəcə, imtina etmək gərəkir, başqa yol yoxdur.

 Türklər və bütün ərəb olmayan müsəlman xalqlar İslam dininin təriqətlərinin sayı qədər (İslamda 73 təriqət var, onun 48 sünni, 25 isə şiə təriqətidir) içdən bölündüklərindən toparlana, özəl, milli birliklərini, sağlam, dünyəvi dövlətlərini və  normal yaşamlarını qura bilmirlər...

***

 Düşüncəmizi xərçəng kimi sarmış Ərəb İslam ehkamlarından qurtulmayınca, bizdən normal adam olası deyil. Çünki bizə təhkim olunan dini kitablar öz ehkamları və İslam dininin vacib şərtlərindən biri kimi, hər bir müsəlmanı “könüllü” olaraq Hacca (Quran, 22.26-36) getməyə, bununçün ərəblərin xeyrinə minlərlə manat pul xərcləməyə, mənasız ayinləri icra etməyə, öz tarixi qatillərini sevməyə, beləliklə də, İslam dini vasitəsilə düşüncəmizi ərəb işğalında, noxtasında  saxlamağa vəzifələndirir... Ərəb şeyxləri də bizim daha çox varlanmaq, sayılmaq istəyən, beyni yuyulmuş varlı axmaqların, maymaqların, manqurtların hesabına,  baş dələduzundan başlamış ta indiyədək, heç bir ictimai faydalı iş görmədən, dini vergilər, ianələr hesabına keyflərini sürməkdədirlər. Molla şəbəkəsi də elmi əsası olmayan saxta ziyarətgahlarıyla birlikdə ianələr və dini vergiləri yığmaqla müftəxorları və terrorçuları maliyyələşdirmək üçün  qurulub, kasıblara yardım üçün yox. Halbuki, bizə niyə təlqin etmirlər ki, hər bir ərəb olmayan müsəlman dinli xalq, ərəbə boşuna israf etdiyi o xərclə öz ailəsində, məhləsində, elində, obasında nə qədər imkansıza əl tuta, yol, su çəkə, məktəb tikə, uşaq, tələbə oxutdura, sağlamlıq, mədəniyyət   ocaqları qura, elmi inkişafa nail ola bilər...   Ərəbin və farsın İslam dini adlanan yumşaq gücünün yağmalığı bax budur, biz onu yaşatdıqca bu pislik yaşayacaqdır. Bu halda ərəbin yumşaq gücü olan məlum İslam, onun qaba gücündən (ordusu, işğalı, terroru) daha etkili (təsirli), daha güclü, qalıcı, daha davamlı və daha təhlükəlidir. Ərəblər başqa ölkələri qılıncla aldıqdan sonra yumşaq güc olan İslam dini vasitəsilə müsəlmanlığa zorladıqları xalqların aydınlarını, maddi və mənəvi abidələrini, yəni özəlliklərini yox etdikdən sonra, seçkinlərini (elitasını) assimilə etsələr də, yəni onların mənəvi özəlliklərini ərəb ümmətçiliyində əritsələr də, lakin ucqarlarda yaşayanların içinə tam girə bilməmişlər. Elə buna görə də ucqarlarda yaşayanlar arasında İslam dini zəifdir.

flstin

 İslam dini zəif olan Elat deyilən yerlərdə isə, həmən xalqların özəllikləri, millilikləri - sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi, tarixi yaddaşında qalan gördükləri (təcrübəsi), xalq yaradıcılığı - adəti, ənənəsi, vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti, bədii ədəbiyyatı, folkloru, yaratdıqları, gələnəkləri, özəl yaşam tərzi daha çox qorunub saxlanmaqdadır.

 Ərəbin zorla müsəlman etdiyi xalqlardan, yalnız  perslər-farslar daha fərasətli tərpənib vaxtında  ərəb İslamının içində, Salman farsi tərəfindən,  təriqət formasında, özlərinin pers- fars şüubiyyəçiliyini- şiəçiliyini yaratmaqla cəhalət donuna bükülmüş olsa da müəyyən qədər özəlliklərini, milliliklərini qoruyub saxlaya bildilər. Perslər-farslar şiəçiliklə nəinki özəlliklərini qoruyub saxladılar, həm də himayəsində  yaşadıqları türk hökmranları hesabına yaxşıca yemləndilər. Hətta bəzi türk sülalərindən olan başçıların qılığına girməklə, hiyləgərliklə ələ almaqla, onların hökmü vasitəsilə türk və başqa xalqların düşüncəsini də şiəliklə ələ alıb, işğal edə, türklərin sayəsində bütün dövlət  atributlarını faktiki hazırlayan pers-farslar 1925-ci ildə ingilisin yardımıyla, hüquqi olaraq öz dövlətlərini İran adıyla rəsmən qura bildilər.

 Ancaq İslam - sünnüçilik və şiəçilik cahillərçün  birləşdirici, etkiləyici gücə çevrilsə də, sonuc etibarilə nə ərəblərə, nə perslərə-farslara, nə türklərə, nə də başqa xalqlara inkişaf, xoşbəxtlik gətirmədi, əksinə, sardığı millətləri cəhalətə, geriliyə, kriminal idarəçiliyə gömməklə onları dünyəvi inkişaf yolundan sapdırdı, caydırdı, onları səfalətə soxdu. Çünki ideologiyalarının əsası gerçəyə, elmə yox, cəhalətə dayanırdı. Müsəlman  dinli toplumların, dövlətlərin gerçək halı buna bariz sübutdur. Məsələ burasındadır ki, hər cür din, təriqət cahillərçün faktiki birləşdirici olsa da, lakin məzmunca mənfi, eynən kriminal birliklər, mütəşəkkil cinayətkarlıq kimi kriminal xarakterli olduğundan sonuc da müsbət yox, mənfi alınır, çünki idarəçilik, yaşam hesabı, fəaliyyət, yalan, uydurma üzərindən aparılır və reallığa pərçimlənməklə saxtalıq əsasında qurulur, bilim, elm, insan yaradıcılığı, mədəniyyət üzərindən yox.

234 il qabaq Qərbi Avropa da Xristian dininin idarəçiliyi altında olanda elə bizim günümüzdə, hətta bizdən də pis gündə idi... Müsəlman edilmiş Türklərin, Ərəb İslamının içində yaratmağa çalışdırları və sonucda dünyəvi baxışlar, sosial ədalət doğuran - Sufilik, Hürufilik cərəyanları, Xürrəmilər hərakatı  isə bizə qarşı ümumi maraqları üst-üstə düşən, güclü düşmən ərəb və pers-şiə qüvvələri tərəfindən amansızlıqla önləndi, yatırıldı... Bu qiymətli fikir daşıyıcılarının hamısı, başçılar –Cavidan istisna olmaqla, Babək, Mənsur Həllac, Nəimi, Nəsimi, II İsmayıl, Osmanlılarla  münasibətləri yaxşılaşdırmaq üçün İslamdakı  sünni-şiə  təriqət bölücülüyündən qurtulmağa çalışan təhsilsiz Nadir Şah hansı taleni yaşadı, bilirsiniz. Bu azmış kimi, ağıllı, təsadüfi bir səhlənkarlıq səhvi ucbatından öldürülən Qacar Şah  və onların ayrılıqda oluşan işıqlı fikirləri sonrakı yaradıcı insanlarımızın – Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, cümhuriyyət böyüklərimiz - Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib  bəy Yusifbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Almas İldırım, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Güney Azərbaycan Demokratik Dövlətinin qurucusu Seyid Cəfər Pişəvəri, onun silahdaşları və sair azadlıq carçılarının, habelə çağdaş özəl, milli hərəkatçıların əsərlərində, işlərində, əməllərində yaşadıldı.

 1918-ci il, may ayının 28-də Ərəbin İslam cəhalətinə, qaranlığına gömülmüş müsəlman Şərqində yaradılan ilk demokratik dövlət – Azərbaycan Xaıq Cumhuriyyəti bu işıqlı insanlarımızın davam edən, birgə və parlaq əl işi idi. Bu günkü dövlətimiz - Azərbaycan Respublikası çağımızın özəl, milli hərakatçılarımız da özünün bütün çatışmazlığı, əyər, əskiyliyi ilə bərabər, ərəb işğalından sonra Ərəb İslam zülmünə qarşı VII əsrdən başlamış həmin azadlıq hərəkatının – qaba və yumşaq gücün məntiqi davamıdır. Nə qədər ki, Azərbaycanda, bütün Türk dünyasında, müsəlman Şərqində Ərəb İslamının düşüncə köləliyi qalır, Ərəb İslam zülmünə qarşı  başlamış həmin azadlıq hərəkatı da davam edəcəkdir. Odur ki, farslar istisna olmaqla, ərəbdən başqa, bütün müsəlman edilmiş xalqların özəllikləri, milli kimlikləri Ərəb İslam ümmətçiliyində əridildiyindən az qala yox dərəcəsindədir…

(Davamı var)

Məmmədxan Əzizxanlı,

Hüquqşünas-tədqiqatçı