İranda bu gün Torpaq Çərşənbəsi ilə əlaqədar baş verən hadisələr nəticəsində bu saatadək 714 nəfər yaralanıb.

TEZADLAR.AZ  xəbər verir ki, hadisələr nəticəsində 80 nəfərin bədən üzvü kəsilib, 208 nəfər gözündən yaralanıb, 136 nəfər xəstəxanaya yatırılıb.

Ən çox yaralılar Tehran vilayətində - 178 nəfər, Şərqi Azərbaycan vilayətində 79 nəfər, Qərbi Azərbaycan vilayətində isə 68 nəfərdir.

 Qeyd edək ki, İranda 20 fevraldan bu günədək çərşənbə günləri ilə əlaqədar hadisələrdə 7 nəfər ölüb, 147 nəfər yaralanıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.

trend