booked.netbooked.net booked.net  

…Xalq olaraq zəngin təbiətli torpaqlarda yaşasaq da, çətin, məşəqqətli tariximiz olub.

Zamanla torpaqlarımız işğal edilməklə ərzilərimizdə "dövlət" qurulub. Bəli, tarixə nəzər salsaq, vaxtilə Rus İmperiyasının siyasəti ilə mənfur ermənilər Azərbaycana köçürülüb və illər keçdikcə xalqımıza qarşı torpaq iddiasında olublar. Beləliklə, 1918-ci ildə İrəvanın güzəştə gedilməsi ilə "Ermənistan dövləti" yaradıldı. Bununla kifayətlənməyən düşmən, digər ərazilərimizi də işğal etdi. Zəngəzur, Göyçə, Zəngibasar, Vedibasar kimi yurd yerlərimiz zaman-zaman ermənilər tərəfindən zəbt edildi. Müxtəlif vaxtlarda minlərlə insan öz ata-baba yurd-yuvasından qovuldu, deportasiya edilərək Azərbaycanın müxtəlif regionlarında məskunlaşdırıldı. Vətənpərvər, el-obasına bağlı insanlar öz yurdlarından cismən ayrılsalar da ruhən bağlılığı qoruyub saxladılar, o yerlərin adlarını yaşatdılar, unudulmağa qoymadılar. Çünki Vətən unudulanda əbədi işğal, unudulmayanda müvəqqəti işğal olunur. Ümumiyətlə, hansısa ərazinin hansı xalqa məxsus olduğunun ən əsas dəlillərindən biri də həmin ərazilərin tarixi adları, toponimləridir. Məhz buna görə də bu və ya digər mənada adları yaşatmaq, təbliğ etmək, tanıtmaq vacib amillərdən biridir.

Belə insanlardan biri də Qərbi Azərbaycanın Uluxanlı rayonunun Dəmirçi kəndində dünyaya göz açan, Azərbaycanın təhsil sahəsində xüsusi xidmətləri olan, Cənab Prezident İlham Əliyev tərəfindən "Əməkdar müəllim" adı verilən və "Şöhrət" ordeni ilə təltif olunan mərhum Mirbayram Heydərov idi.

x-2

 1988-ci ildə məlum hadislər zamanı doğma elindən ayrı düşərək Bakıda məskunlaşan Mirbayram müəllim elm və təhsil sahəsində fəaliyyətə başlayır. Vətən sevgisi, el-obasına bağlılıq çalışdığı sahədə də özünü göstərir. 1991-ci ildə Mirbayram müəllimin təşəbbüsü ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində "Zəngi" kiçik dövlət müəssisəsi təsis edilir. Sonra 1992-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin nəzdində "Zəngi" liseyini yaradır. "Zəngi" Qərbi Azərbaycanda yaşamış qədim türk tayfası adıyla yanaşı, həm də Zəngibasar mahalından axıb gələrək Araza tökülən çay adıdır («Zəngibasar» adı həmin çayın adından götürülüb).

 Beləliklə, bu təşəbbüsün həyata keçməsi də məhz  işğal olunan yurd yerimizin unudulmamasına xidmət edir. Xüsusi qeyd edim ki, bu və ya digər adlar türk toponimi olmaqla həmin ərazilərin bizlərə məxsus olduğunun sübutudur. Çoxlarımıza məlumdur ki, işğalçılar hər hansı bir ərazini zəbt edəndə əvvəlcə yaşayış məntəqələrinin, dağ, meşə, çay və s. adlarını dəyişdirərək özününküləşdirmək istəyir. Bu anlamla Zəngi çayının da adı ermənilər tərəfindən dəyişdirilərək «Hrazdan» adlandırılıb.

Sözügedən lisey Zəngi adı ilə elmin inkişafına böyük töhfələr verməklə yanaşı, həm də tarixi yurd yerlərimizin adını əbədiləşdirərək bu günümüzə qədər gətirib çıxarıb. Lakin son günlər liseyin yerləşdiyi ərazidə qalmaqallı hadisə baş verməkdədir. Belə ki, Nizami rayon İcra Hakimiyyəti qəribə bir təkliflə gündəm olub. Təklif edilir ki, liseyin adı dəyişdirilsin və şəhidlərimizdən birinin adı verilsin. Təbii ki, Şəhidlər baş tacımızdır və ilk baxışdan Şəhid adı verilməsi təşəbbüsünün təqdirəlayiq olduğu görünsə də, daha geniş anlamda yanaşanda tamamilə əksini düşünmək və görmək olur. Belə ki, Vətən övladlarımız məhz Vətənimizin adını yaşatmaq üçün canlarını qurban verərək Şəhid olurlar. Yəni Vətən bizə görə yox, biz Vətənə görə Şəhid oluruq. Belə olan halda düşünmək olar ki, Şəhidimizin adı Nizami rayonunda yerləşən başqa bir məktəbə də verilə bilər və Zəngi adı da elə tarixi ad kimi saxlanılar. 

 2020-ci ildə Ali Baş Komandanımızın əmri ilə Vətənimizin bir parçası, 30 ilə yaxın işğalda olan Qarabağımızın azad edilməsindən sonra xalq olaraq daha da ümidlənirik, daha da inamla əminik ki, Qərbi Azərbaycanımızı da mütləq azad edəcəyik. Artıq hədəfimiz budur. Belə olan halda "Zəngi" adının elm ocağından silinməsini istəyən, buna təşəbbüs göstərən şəxs və ya şəxslər dövlət siyasətimizin ana xəttinə qarşı çıxır və necə deyərlər, düşmən dəyirmanına su tökürlər.

Seyid Hüseyn Qədiroğlu

P.S. Nizami rayon İcra Hakimiyyəti təklif edir ki, sözügedən liseyə şəhidimiz Əsədli Əsəd Mahir oğlunun adı verilsin. Ancaq həmin rayonda digər məktəblər də var ki, şəhidimizin adı verilə bilər və tarixi ad olan "Zəngi" adı da əhəmiyyətliliyini özündə saxlayar. Alternativ variantlar olduğu halda məhz Zəngi-nin adını dəyişdirmək istəyində hansı amillərin yer aldığı pünhan və qaranlıq qalır...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN