Aşıq Ələsgərin doğum tarixi ilə bağlı hələ də mübahisəli fikir və rəqəmlər meydan sulayır... Lakin tanınmış araşdırmaçı Nazir Əhmədli bu istiqamətdə mübahisələrə son verən faktlara sahibdir. O, özünün sosial platformasında bu barədə yazır: "...Axtarışlarım bəhrəsini verdi. Aşıq Ələsgərin ana tərəfdən şəcərəsini də müəyyənləşdirdim. Məlum oldu ki. onun dayıları Cəlil 1834-cü, Molla Əhməd 1844-cü, Bayram (deyilənə görə o da Kərbəlayı olub) 1851-ci ildə doğulublar. Ustadın 1821-ci ildə doğulduğunda hələ də israr edən cahillərə görə Ələsgər Cəlil dayısından 13, Əhməd dayısından 23, Bayram dayısından isə 30 il (!!) böyük imiş! Aşıq Ələsgərin anası Pərizad Zarzebil kəndindən Məşədi Abbasəlinin qızıdır...".
Bəli, tarix təhrif sevmir. Olanlar olduğu kimi yazılanda daha yerinə düşür...
A.Məmmədli