"Bizi ən baxımlı bu kanalda izləyin..."-belə reklamlara yəqinki həmişə rast gəlirsiniz... Amma özünü reklam edən həmin kanalların nəyinə baxasan, bax bu sual olaraq qalır... Lakin vəziyyətin nə yerdə olduğunu real olaraq görmək üçün TV-lərin İPTV platformalardakı baxış reytinqi müəyyənləşib.
Xatırladaq ki, Azərbaycanda televiziyaların reytinqi həm də İPTV və OTT platformalarda ölçülür. Alternativ bir datadır. Burada əsas parametr izlənmə saatıdır. Oktyabr ayı üçün bu platformalarda TV-lərin izlənmə göstəricilərini tanınmış ekspert Osman Gündüz təqdim edib. Ölçmə 30 min abunəçi bazası əsasında aparılıb. Ortada maraqlı mənzərə var... Həmin cədvəli təqdim edirik. 
Yeri gəlmişkən, bəzən şükür edirik ki, nə yaxşı indiki zamanda tamaşaçının xarici kanallara əlçatanlığı var, yoxsa bu TV-lərin əttökən, dussuz, baxımsız, lağlağı verilişlərinə baxa-baxa ətimiz tökülərdi...
A.Məmmədli
tv