Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi A.İ.Məmməgov adına 38 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Varlığın sevincdir, yoxluğun kədər” adlı tədbir keçirib...

Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri giriş sözü ilə Uşaq şöbəsinin sistem inzibatçısı Elnarə Qarayeva açaraq, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaşadığı  mənalı və kamil ömür yolu, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizə  haqqında məlumat verib. 6a  sinfinin rəhbəri Ülfət Xankişiyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. Sonra məktəb kitabxanasının  müdiri Səbinə Abbasova qeyd edib ki,  Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etdi. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bu gün onun siyasəti dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 Şagirdlər Ulu Öndər Heydər Əliyevlə bağlı suallar suallara ətraflı cavab veriblər, Ulu Öndərə, Vətənə, Dövlət bayrağına həsr olunmuş şeirlər söyləyiblər.

Bu tədbirin təqdirəlayiq cəhəti həm də odur ki, bir daha şagirdlərin Ulu Öndərə olan sevgisi fərdi qaydada üzə çıxarılıb. Onlar böyük rəhbəri sevgi və istəklərini layiqincə ifadə ediblər...

JASMİN