Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi görkəmli yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş videoçarx hazırladı.

Mərkəzi Kitabxanadan "Təzadalar"a bildirilib ki, kitabxananın uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədovanın “Yubileylər silsiləsi” layihəsi çərçivəsində hazırladığı videoçarxda ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir, onun əsərləri izləyicilərin diqqətinə çatdırılır. Yaradıcılığa əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə gələn Mir Cəlal Paşayev az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

 Videoçarxda müxtəllif illərin fotoları və ədibin bir sıra kitablarının şəkilləri yer alıb. Qeyd olunur ki, Mir Cəlal həqiqət, düzlük və səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan bir şəxsiyyət olub.

JASMİN

Videoçarx aşağıdakı keçiddə təqdim olunur:

https://www.youtube.com/watch?v=p2vr4jqlrUw