Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan "Cığır" romanı özbək dilində çap edilib...

Bu barədə "Təzadlar"a müəllif özü məlumat verib. Sitat: "...Daşkənddəki  Azərbaycan  Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib. Onu da deyim ki, bundan əvvəl özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu"  romanlarım da işıq üzü görüb və qardaş ölkənin oxucularının marağına səbəb olub...".
Yazıçıya "Təzadlar"ın oxucuları adından daha böyük yaradıcılıq uğurları arzulayırıq.
A.Məmmədli