"Allah qoysa, Qarabağda  - istər Şuşada, Laçında, harada olur-olsun, orada bir televiziya kanalı açılsın. Məni oraya sədr təyin etsinlər".

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "El canlı” verilişində qonaq olarkən deyib. Müğənni artıq Bakıda yaşamağın mümkün olmadığını vurğulayıb:

"Gedirəm oraya yaşamağa. Çünki artıq Bakıda mümkün deyil tərpənmək. Gedirəm, sizi də gözləyirəm, gələrsiniz. Gedib orada ekoloji təmiz hava udarıq, yeməklər yeyrik, tıxacsız, ay Allah, bu mümükündür?".