booked.netbooked.net booked.net  

...“Məhəbbətin apteki”! Sumqayıtda Möhübbət həkimi tanıyanlar iş ünvanını belə adlandırır. Uşaqlığımdan bu ifadəni ailəmizdə tez-tez eşitmişdim. Barəsində harada söhbət düşürsə, hamı birmənalı şəkildə “çox bacarıqlı, savadlı, gözəl və xeyirxah insandır”, - deyir. Camaat arasında rəğbət qazanmasının başlıca səbəblərindən biri də məhz bu keyfiyyətləridir.

Həkimlərin dünyada ən böyük qazancı xəstələrin və onların əzizlərinin, yaxınlarının minnətdarlıq hissidir. Peşəsinə sədaqətlə qulluq etmiş Möhübbət həkimə belə hisslərdən əvəzsiz pay düşür. O tez-tez bu kəlamı vurğulayır ki, “tarixən təbiblər cəmiyyət içində orta təbəqə sayılsa da, amma yüksək nüfuz sahibi olublar”. Böyük fransız alimi Şarkonun öz tələbələrinə belə bir arzusu olub: “İstərdim ki, təbiblər arasında kral, krallar arasında təbib olasınız.”

Bəli, Möhübbət həkim kimi insanların, sözün əsl mənasında həyatın dibindən çıxanların, sözü bütöv, iş bilən, təşkilatçı, səriştəli adamların haqqında yazmaq, onları oxuculara tanıtmaq, sənin, mənim - bizim borcumuzdur. Bu kitabın araya-ərsəyə gəlməsində bir yazar kimi Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun yüksək əməyi danılmazdır. Həqiqətən də həssaslıq və peşəkarlıqla qələmə alınan kitabın qəhrəmanı, xeyriyyəçilik işığına tapındığımız Möhübbət həkim barəsində burada, ancaq xoş sözlərə rast gəlirik. Başqa cür də ola bilməz! Çünki ömrünü insanların sağlamlığı naminə fəda edən bu cəfakeş insandan hamı indiyədək ancaq razılıq edib.

İnsan ürəyi, insan qəlbi bir kainatdır. Kainat sayılan on minlərlə, yüz minlərlə ürəkdə kiminsə yaşaması bəlkə də ən böyük varlıqdır. Varlıqdan isə doğan xeyirxahlığın xoş sədası insanların qəlbində, ürəyinin başında qətrə-qətrə, damla-damla yığılaraq bir ümmanı xatırladır. Beləcə bu ümmandan əməli saleh adamlara, eləcə də bu adamlardan xeyirxahlıq görmüşlərə bir sərinlik mehi əsir. Və bu meh özü-özlüyündə deyir ki, dünya, həyat mövcud olandan bəri xeyrixahlıq da olub. Belə dəyərli xüsusiyyətə malik, sədaqətli dost, gözəl ailə başçısı, xeyirxahlıqdan zövq alan Möhübbət həkimin arzuları, istəkləri çoxdur. O,  zaman-zaman gerçəkləşən arzularına, bütün qazandılarına görə Ulu Tanrıya hədsiz minnətdardır.

El-oba təəssübkeşi, qəlbi həmişə xalqla, Vətənlə birgə döyünən Möhübbət Məhərrəmov müstəqil və çiçəklənən Azərbaycanda səhiyyənin inkişafından ötrü əlindən gələni edib. Nəcibliyi və xeyirxahlığı, imkansızlara dayaq durması onu elin gözündə ucaldıb. Ulu öndərimiz, möhtərəm Heydər Əliyevin “Vətəninə, xalqına xidmət etmək hər bir vətəndaşın müqəddəs borcudur” kəlmələrini özünə həyat qayəsi seçən Möhübbət müəllim yaranması Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətin önündə dövlətin, xalqın maraqları, mənafeyi istiqamətində dayanır. Onu iki keyfiyyətlə xarakterizə etmək olar: işgüzarlıq və qayğıkeşlik. İşgüzarlığı və fəal həyat mövqeyi tutması onu nə qədər ucaldıbsa, qayğıkeşliyi və xeyirxahlığı onu xeyriyyəçi kimi insanlara sevdirib. İnsanlara dayaq, arxa olmağı həyat amalına çevirmiş Möhübbət Məhərrəmov uğur formulunu çalışqanlıqda, zəkada və əxlaqda görür. O, arzu edir ki, xalqımız dövlətimizin başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstələsin, tapşırıq və tövsiyələrinə canla-başla əməl etsin!

Möhübbət müəllimin haqqında inanıram ki, hələ gələcəkdə qələm əhli daha da maraqlanacaq, onun ibrətamiz həyat yolu yeni nəsillərimizə bir az da ətraflı və dolğun çatdırılacaqdır. Söz yox ki, tərifə ehtiyacı olmayan ağsaqqalımız Möhübbət Məhərrəmovun doğmaları, yaxınları, tanışları onun xoş rəftarı, səmimiyyəti, alicənablığı, əsl ziyalılığı ilə həqiqətən də öyünür, sulardan duru qəlbi, saf əqidəsi, etibarı ilə qürur hissi keçirirlər.

Bir sözlə, hamının sevimlisi, ömrünün ahıl çağını yaşayan Möhübbət həkim xoşbəxt insandır.  Bu, onun layiq olduğu xoşbəxtlikdir. Ona daha sağlam uzun ömür, xoş günlər arzusundayıq hamımız!

Əziz oxucular, inanıram ki, səhifələrini maraqla oxuyacağınız Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisit, jurnalist Ağalar İdrisoğlunun   “Bir təbibin ömür salnaməsi” hər birinizin masaüstü kitabınız olacaq!

İlhamə MƏHƏMMƏDQIZI,

AYB-nin üzvü

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN