İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "10-da görüşək" proqramında deyib.

Aktrisa filmə çəkilmək üçün yüksək qonorar almaq istədiyini bildirib.

“Mən yüksək qonorar istəyirəm, niyə istəməyim ki? Rusiyada olanda gördüm ki, necə qonorarlar alırlar, biz yazığıq ki... Hələ bir kapriz də edirlər. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallarda aktyorlara yazığım gəlir. Amma bəzi rejissorlar var ki, onlarla işləmək istəyirəm. Amma aktyor seriallarda ya oturur, ya ayaqüstə durur. Qoyun bir aktyor gəzsin, çay süzsün. Bunu ona görə edirlər ki, sonra montaj edə bilmirlər", - deyə Xalq artisti iradlarını da bildirib.