Son iki ildə məlum virus səbəbindən evlərimizə qapanmaq (və ya qapadılmaq) məcburiyyətində qaldıq.

Teatrlar, kinotetarlar, konsert salonları, mədəniyyət evləri,... bağlandı, insanların toplanaraq rahat şəkildə, qorxusuz-hürküsüz tədbirlər, görüşlər keçirməsi, ünsiyyət saxlaması, hətta bayramlarda bir-birinin evinə gedib bayramlaşması da arxa plana keçdi. Boş vaxtını ev şəraitində keçirənlərin əyləncə, dostlarla ünsiyyət saxlama istəyini isə telefonlar, kompyuterlər – sosial şəbəkə və virtual təmaslar əvəzləməyə başladı. Televizorlar da artıq bu siyahıda özünəməxsus yer tutur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 26,353 mln. manat dəyərində televizorlar alıb.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47,1% çoxdur.

Əhalinin daha çox televizor almaq istəyində olmasının səbəblərindən birini də pandemiyada – evə qapanmada axtarmaq lazımdır.

Görünür, son zamanlar elə buna görədir ki, bəlkə də ev adamının sayına görə televizor almaq gərəyi duyanlar da çoxalıb. Çünki həm televiziya kanalları çox, həm də yayımlanan verilişlər, filmlər müxtəlif olduğu qədər, zövqlər də müxtəlifdir...

Amma çox təəssüf ki, pandemiya dövründə qəzet, jurnal və kitab oxuyanların sayının  artması barədə məlumatlara rast gəlmirik...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN