HESABLAMA PALATASI DƏNİZKƏNARI BULVAR İDARƏSİ İLƏ BAĞLI MATERİALLARI PROKURORLUĞA GÖNDƏRƏCƏK

HESABLAMA PALATASI DƏNİZKƏNARI BULVAR İDARƏSİ İLƏ BAĞLI MATERİALLARI PROKURORLUĞA GÖNDƏRƏCƏK

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

ŞƏHİD MAYOR ELXAN NƏCƏFİNİN AİLƏSİ ZİYARƏT EDİLİB

ŞƏHİD MAYOR ELXAN NƏCƏFİNİN AİLƏSİ ZİYARƏT EDİLİB

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri...

"USAID-İN ERMƏNİSTANA YARDIMI İKİQAT ARTIRMASI CİDDİ SUALLAR DOĞURUR" - SİYASİ ŞƏRHÇİ

"USAID-İN ERMƏNİSTANA YARDIMI İKİQAT ARTIRMASI CİDDİ SUALLAR DOĞURUR" - SİYASİ ŞƏRHÇİ

 Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ER Baş nazirin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru ...

XİN FRANSANIN AZƏRBAYCANDA HƏBS EDİLƏN VƏTƏNDAŞI İLƏ BAĞLI  BƏYANATINA CAVAB VERDİ

XİN FRANSANIN AZƏRBAYCANDA HƏBS EDİLƏN VƏTƏNDAŞI İLƏ BAĞLI BƏYANATINA CAVAB VERDİ

Dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, ins...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ

FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA           Zərdüştün otuz yaşı tamam olanda vətənini, vətəninin gölünü tərk edib dağlara qalxdı. O, burada ruhun...

MEDİA VƏ AZTV-DƏN BİRGƏ LAYİHƏ - "MEDİALAB"

MEDİA VƏ AZTV-DƏN BİRGƏ LAYİHƏ - "MEDİALAB"

 Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "MEDİALAB" televiziya proqramına start verilib.

2001-ci il 11 sentyabr terror aktından 23 il ötür

2001-ci il 11 sentyabr terror aktından 23 il ötür

11 sentyabr 2001- ci il –Düz 23 il bundan əvvəl Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı terr...

İLHAM ƏLİYEV COP29-A  HAZIRLIQLA BAĞLI GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB

İLHAM ƏLİYEV COP29-A HAZIRLIQLA BAĞLI GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

HƏYATDA KİTABLA ADDIMLAMAQ ÜÇÜN...

HƏYATDA KİTABLA ADDIMLAMAQ ÜÇÜN...

  Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində “Həyatda kitabla addımla” ad...

MEDİA

11-Sent-2024 By Yasemen Memmedov

MEDİA …

 Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və

Detay

Bu gün  görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür.

 Aləmdə səsi olan sənətkar

Əzizə Məmməd qızı Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirib. Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. 
   Sonradan Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirən Ə.Cəfərzadə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. O, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlər” mövzusunda namizədlik (fəlsəfə doktoru), “XIX əsr Azərbaycan poeziyasında, xalq şeiri üslubu” mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə edib. 

   Ə.Cəfərzadə elmi fəaliyyətlə kifayətlənməyib, bədii yaradıcılıqla da məşğul olub, bir-birindən maraqlı əsərlər qələmə alıb. XX əsr Azərbaycan nəsrində onun yaradıcılığının xüsusi yeri var. O, milli-mənəvi dəyərlərin qorunması yolunda əlli ildən artıq yorulmadan fəaliyyət göstərib. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Eyni zamanda müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
   Ə.Cəfərzadə “Əzrayıl” adlı ilk hekayəsini on altı yaşında yazıb. Müəllifin ilk kitabı isə 1948-ci ildə çap olunub. Ancaq Moskvanın xüsusi qərarı ilə satışı dayandırılır. Sonra müsadirə edilib yandırılır. Bütün bunlara baxmayaraq, o, ruhdan düşmür. Əksinə, onun mübarizlik ruhu daha da coşub-daşır. Bir-birinin ardınca “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən elə” , “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə alır. 

   Görkəmli yazıçıya daha çox şöhrət gətirən əsərlərindən biri “Aləmdə səsim var mənim” romanıdır. Yazıçı əsərə adı Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürüb. Əsər şairin həyat və yaradıcılığından bəhs edir. Eyni zamanda Şamaxı mühiti, onun ədəbi-mədəni hadisələrinin canlı mənzərəsi də öz əksini tapıb. Qeyd edək ki, əsərdə el şənlikləri - çəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi - “Beytüs-səfa”, Novruz-ilaxır çərşənbə adətləri diqqətçəkən və oxucuda dərin maraq yaradan hadisələrdəndir. 
   Müəllifin “Xəzərin göz yaşları” povestində 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs olunur.
   Ə.Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan çalışıb. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verir.
   O, həmçinin fasiləsiz olaraq televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olub. Bununla yanaşı, radioda uzun illər Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radiojurnalının iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ edib. 
   Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun “Bizim diyar”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım” və s. əsərləri Azərbaycan dilinə tərcümə edib. Yazıçının öz əsərləri də rus, fars, ərəb, qazax və s. dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr olunub.

   Görkəmli yazıçı eyni zamanda xalq yaddaşının da vurğunu olub. “Bayatı düşüncələrim”, “Xızır Nəbi ”, “Novruz” və başqa etnoqrafik yazıları ictimaiyyətin marağına səbəb olub. O, bir çox xarici ölkələrdə, o cümlədən Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında təşkil olunan konfranslarda ölkəmizi layiqincə təbliğ edib. 
   1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib. 
   Özünü Azərbaycana həsr edən yazıçı həm də xeyriyyəçi kimi zəhmətkeş insanların sevgisini qazanıb. Kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib.
   Ə.Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O

, “Xalqlar dostluğu”, ”Şöhrət” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülüb.
   “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov “Aləmdə səsi olan insan” adlı publisistik məqaləsində yazır: “...Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü laylaları ilə. Dünyanın ən böyük rəssamıdır ana, əllərinin xalıda, xalçada açdığı naxışları ilə. Həyatda ilk əbədi, humanist bir varlıqdır ana, yuxusuz gecələri, qiyməti olmayan yaz ətirli nəvazişi ilə... Belə qadınlardan biridir Əzizə Cəfərzadə...”
   Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə vəfat edib. Öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib. 

Şakir QURBANOV

 

Pin It

CƏMİYYƏT

13-Sent-2024 By Yasemen Memmedov

HESABLAMA PALATASI DƏNİZKƏNARI BULVAR İDARƏSİ…

Azərbaycan Respublikası Hesablama Palatasının sədr

13-Sent-2024 By Elbar Şirinov

ŞƏHİD MAYOR ELXAN NƏCƏFİNİN AİLƏSİ…

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təş

10-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEV COP29-A HAZIRLIQLA…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

SİYASƏT

13-Sent-2024 By Yasemen Memmedov

"USAID-İN ERMƏNİSTANA YARDIMI İKİQAT ARTIRMASI…

 Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ER Baş

12-Sent-2024 By Yasemen Memmedov

XİN FRANSANIN AZƏRBAYCANDA HƏBS EDİLƏN…

Dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransa

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

MƏDƏNİYYƏT

13-Sent-2024 By Yasemen Memmedov

TOYDA FONOQRAM OXUDUĞUNA GÖRƏ DÖYÜLƏN…

Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl q

12-Sent-2024 By Elbar Şirinov

ÖMRÜN PAYIZ ÇAĞI...

Şair Fəxrəddin Əsədin 70 illiyinə

12-Sent-2024 By Asif Memmedov

BU DA LƏMANIN FƏRDİ SƏRGİSİ-TƏLƏSİN!

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

12-Sent-2024 By Elbar Şirinov

RƏŞAD MƏCİDİN 60 İLLİYİNƏ HƏSR…

Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasını

12-Sent-2024 By Asif Memmedov

İRAN VƏ TƏQİBLƏR SİYASƏTİ...

 ...Bəhai dini dünya dinləri arasında ən cavanıdır

09-Sent-2024 By Yasemen Memmedov

NƏBİ XƏZRİNİN 100 İLLİK YUBİLEYİ…

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi

KRİMİNAL

13-Sent-2024 By Elbar Şirinov

OĞUZDA NARKOKURYERLİK EDƏNLƏR SAXLANILIBLAR

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən

12-Sent-2024 By Yasemen Memmedov

MƏNZİLƏ BASQINDA İŞTİRAK EDİB POLİSƏ…

Mənzilə silahlı basqın edərək polis əməkdaşlarına

12-Sent-2024 By Yasemen Memmedov

VƏKİL BABƏK RZAYEV HƏBS EDİLİB…

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə v

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

15-Sent-2024 By Elbar Şirinov

COP29-A ŞAGİRD BAXIŞI - SƏMA…

YAŞIL DÜNYA NAMİNƏ

15-Sent-2024 By Elbar Şirinov

O, AMERİKALILARI III DÜNYA MÜHARİBƏSİNİN…

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan

15-Sent-2024 By Elbar Şirinov

İRAN PREZİDENTİN BRİKS SAMMİTİNDƏ İŞTİRAKINI…

İran prezidenti Məsud Pezeşkian BRİKS-in Kazanda k

15-Sent-2024 By Elbar Şirinov

BDYPİ YOL HƏRƏKƏTİ İŞTİRAKÇILARINA MÜRACİƏT…

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin b

15-Sent-2024 By Elbar Şirinov

KURSK VİLAYƏTİNDƏ RAKET TƏHLÜKƏSİ…

Kursk vilayətində raket təhlükəsi elan edilib.

13-Sent-2024 By Elbar Şirinov

KREML ÜMİD EDİR Kİ…

Kreml qeyd edib ki, Krım mövzusu həqiqətən də Rusi

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Sent-2024 By Elbar Şirinov

QARAYARA XƏSTƏLİYİ İLƏ MÜBARİZƏDƏ PROFİLAKTİK TƏDBİRLƏR

Qida mənşəli zoonoz xəstəliklər adətən mikroorqani

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

13-Sent-2024 By Yasemen Memmedov

ÖLKƏMİ…

Yanvar-avqust aylarında Azərbaycanda elektrik ener

TƏHSİL

13-Sent-2024 By Yasemen Memmedov

UŞAQ B…

Məktəbəqədər təhsil müəssisəsinin həftəlik iş reji

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA