Türkiyəli məşhur müğənni Ebru Gündəş dördüncü dəfə ailə həyatı qurub.

Türkiyə KİV-nin məlumatına görə, ifaçı bu gün iş adamı Murad Özdəmirlə nikah masasına əyləşib.

İddia olunub ki, cütlük Dubaydakı Türkiyə səfirliyində sadə mərasimlə toy edib.

Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündəş isə 3 dəfə ailə qurub və boşanıb.  

Türkiyə mediasının iddiasına görə, cütlük iki il əvvəl gizli eşq yaşayıblar: o zaman iş adamı evli olub...

 Xatırladaq ki, Ebru Gündəş daha əvvəl İran əsilli azərbaycanlı milyarder Rza Zərrabla ailəli olub. Onlar 2010-cu evlənmişdilər. Daha sonra Rza Zərrab həbs edildi və bir müddət sonra da bu evlilik müxtəlif səbəblərdən bitdi. Onların bu evlilikdən Alara adlı qızları var. 

Hazırda cazibədar müğənni 50 yaşındadır.

 

JASMİN