Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir.

Kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova kitabxanada həyata keçirilən layihəyə çərçivəsində  “Mən böyüdüm, sən də böyü...” povestini  təqdim etdi. Povest Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə yaşamış uşaqlara, zəlzələ zamanı inşa etdiyi binaların heç biri dağılmamış tikinti mühəndisi Hasan Oktaya həsr olunub. Bu povest çətin anlarda insanların bir-birinə dayaq olmağından, dar gündə insana kömək etməkdən, bir-birilərinə dəstək olaraq dağıntılar altından sağsalamat qurtulmaqlarından bəhs edir.     Povest aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/1LBWb_Lxt3TCIADZl-oJ0HM3fNWCkyi-e/view?usp=sharing

ELBAR