Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirdi.

Tədbir iştirakçıları və qonaqlar Qələbəmizi, Zəfərimizi bizə bəxş edən qəhrəman şəhidlərimizin və Əli Tudənin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamladı və şairin yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, Əli Tudə vətənpərvər şair olub, onun lirik şeirləri hamı tərəfindən sevilir. O, ilk şeirlərini 13 yaşında Heydər Rzazadə imzası ilə yazmış və Təbrizdə ona “Tudə” təxəllüsü verilmişdi. Tudə – xalq deməkdir. Şair xalqını, Vətənini çox sevirdi, yazdığı şeirlərini gözəl səsləndirirdi. Lətifə Məmmədova Əli Tudənin 100 illik yubileyi münasibətilə onun uşaq şeirlərinin, toplanması və ayrıca kitab şəklində nəşr olunması təklifini irəli sürdü.                                                  AYB-nin Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz çıxışında bildirdi ki, biz bu gün vətənpərvər şair Əli Tudənin işığına toplanmışıq və mən arzu edirəm ki, belə tədbirlər məktəblərdə, bütün təhsil ocaqlarında davamlı şəkildə olsun. Əli Tudə ömrü boyu bütöv və azad Azərbaycan eşqi ilə yaşayıb. Hər dəfə Cənubi Azərbaycan adı çəkiləndə azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb yaradan həmvətənlərimiz yada düşür. O, Əli Tudənin “Mən kiməmki” şeirini söylədi.         Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri doktoru Esmira Fuad çıxışında dedi: “Quzey Azərbaycandan gələn şairlərimiz çoxdur. Əli Tudə Azərbaycan demokratik hərəkatının ilk yaradıcılarındandır. Şairi nə vaxt sevirlər? Şairin şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşəndə. O, Azərbaycanın o tayı ilə bu tayı arasında söz körpüsü idi. Onun əsərlərində həm fəlsəfə, həm də dil aydınlığı var idi. Əli Tudənin əsərləri axar su kimidir. Şair çox əqidəli şəxsiyyət kimi Azərbaycan ədəbiyyatına yeni fikirlər gətirib. Şairin vücudunda olan məğrurluğu, kimliyi də özünü göstərib. Əli Tudə yaradıcılığının hər ilinə bir kitab yazıb”. Sonra Esmira Fuad Əli Tudənin “Mənim dilim” şeirini oxudu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri  Səbinə Məmmədova çıxışında tədbir iştirakçılarına, şairin ailə üzvlərinəvə tədqiqatçılara öz təşəkkürünü bildirdi və qeyd etdi ki, milli poeziyamızın lirik şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər bütün mədəniyyət ocaqlarında keçiriləcək. 

 Əli Tudənin 100 illik yubileyinə esse yazan yazıçı-publisist Nüşabə Məmmədli bildirdi ki, mən Əli Tudəni görməmişəm, amma övladı Rəna xanımın bir kəlmə sözü məni tutdu. O, dedi “atama bax”. O, bir kəlmə ilə o qədər atasını önə çıxardı ki, bu gün hər üç övlad atalarının şeiri deyiləndə qürur duyurlar. Əli Tudə Cənubi Azərbaycanda qalmaqla oraları maarifləndirib və İran tarixində ilk dəfə olaraq Təbriz Filarmoniyasını yaradıb, onun ilk və sonuncu direktoru olub. Cənublular Vətən həsrəti ilə yaşayıb-yaradıblar. Şair Tariel Ümid çıxışında qeyd etdi ki, Şərqin parlaq ulduzu Heydər Əliyevin gözəl bir kəlamı var: “Tarixin hər bir günü bizim üçün əzizdir, nə günü olur olsun”. Və həqiqətən bu gün çox əziz gündür. Əli Tudə başqalarından çox fərqlənir. O, gənclərə böyük qayğı göstərirdi. Bir dəfə gecə yarısında o, mənə zəng edərək, məni yeni şeirimin çapdan çıxdığı üçün təbrik etdi. Əli Tudənin şeirləri adamı çəkib aparır. Onun qartal ruhu həmişə bizimlədir. Tədbirdə iştirak edən ədəbiyyatşünas Şərəf Cəlilli bildirdi ki, Əli Tudə varlığı şah əsərdir. Otuz il öncə onları həyatda sağ görən insanlardan biriyəm. Gerçək budur ki, sağlığında Vətəndə Vətənin qəribliyini yaşayan biri olub. Peyğəmbər əleyhissalamın bir kəlamı var: “İnsan öləndə ondan üç şey qalır: əməl, əsər və övlad”. Övladlarının hər birinə tƏli Tudənin gəlini, Əli Tudə yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Elnurə Cavadzadə çıxışında qeyd etdi ki, Əli Tudə mənim ilk yaradıcılığım, mənim diplom işim olub. Mən müəlliməm, həmişə şağirdlərimə tövsiyə edirəm ki, Əli Tudəni oxusunlar.

Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova çıxış edərək dedi: “Çox sevinirik ki, görkəmli şairimizin 100 illik yubileyini ilk biz keçiririk. Kitabxanamızda Əli Tudənin şeirləri oxucularımız tərəfindən sevilə-sevilə oxunur”. 

Əli Tudənin oğlu Natiq Cavadzadə atasının xatirələrindən danışaraq qeyd etdi ki, Nüşabə xanım Əli Tudəni bütöv Azərbaycanın şairi, həm Cənubun, həm Şimalın şairi hesab edir. Niyə Əli Tudə Cənubdan yazıb? O, bir il orda azadlıq gördü. Əli Tudənin həyatı çox ağır olub, iki dəfə sürgün olunub. O bura gəldi, burada ona qiymət verildi. O, çox məğrur insan idi. Əli Tudə yaradıcılığı çox zəngindir. Onun Qarabağa, Vətənə, məhəbbətə aid şeirləri çoxdur. O, bir çox şairlərin şeirlərini də redaktə edib. Xanəndə, Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılova “Təbrizə getməyim gəlir” və “Şuşanın dağları” mahnılarını ifa etdi. 158 nömrəli tam orta məktəbin və AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri şairin şeirlərini səsləndirdilər. Kitabxananın əməkdaşı İradə Hüseynova Əli Tudənin məhəbbət şeirlərini səsləndirdi. Tədbirdə Əli Tudənin həyatının əsas məqamlarını özündə əks etdirən və şairin öz səsi ilə səsləndirdiyi şeirlər videoçarxlarda nümayiş olundu.

 https://www.youtube.com/watch?v=csxZANMEqrY

https://www.youtube.com/watch?v=al_vSC1iKHE

Y.Məmmədli