Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1, 2 və 3 №-li kitabxana filiallarının əməkdaşları

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbələri ilə birlikdə dahi rus şairi, dramaturqu və nasiri Aleksandr Sergeyeviç Puşkinin 225 illik yubileyi ilə əlaqədar ədibin paytaxtımızda ucaldılmış abidəsini ziyarət etdilər.

Ziyarət zamanı kitabxananın əməkdaşları böyük şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdilər. Tələbələr dahi şair haqqında öz fikirlərini bölüşdülər. Onlar bildirdilər ki, A.S.Puşkin Azərbaycan üçün çox doğma insandır, ədəbiyyatımızın parlaq nümayəndələrindən biri olan Mirzə Fətəli Axundzadə şairin ölümünə həsr olunmuş “Şərq poeması”nı yazmışdır.

A.Şaiq adına 2№-li kitabxana filialı tərəfindən A.S.Puşkinin 225 illik yubileyinə həsr olunmuş videoçarxda hazırlandı. Kitabxananın əməkdaşı Dəniz Vətəninin hazırladığı videoçarxda  dahi rus şairinin həyatı və yaradıcılığı haqqında məlumatlar verilir və şairin bir çox fotoşəkilləri nümayiş olunur.

Videoçarx aşağıdakı keçiddə nümayiş olunur:

https://www.youtube.com/watch?v=t0-Xp_V_dik

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN