Bir saytın yazdığına görə Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq geyimi gündəm olub.

P.S. Ətiniz tökülsün elə. Gündəm olar dəə... 48 yaşlı bir qadın, bu yaşda nəvələri ilə oynamaq əvəzinə, açıq-saçıq geyinib, bədən əzalarını çöldə qoyursa, əlbəttə, gündəm olacaq. Bax, buna deyərlər qocalanda yorğalıq etmək...

***

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın, 2022-ci ilin iyun ayına qədər, nazir Sahil Babayevin müşaviri olmuş, həmin tarixdən Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini işləmiş, oğlu Mehdi Abdullayev, Reyestr Xidmət təzəlikcə ləvğ edildiyindən işsiz qalmışdır.

P.S. Can, can, adamın lap yazığı gəlir. İndi bu Mehdi Abdullayev işsizliyin baş alıb getdiyi bir vaxtda, işsiz-gücsüz necə yaşayacaq? Hər şeyin gündən-günə bahalaşdığı belə bir vaxtda işsiz qalmaq çox ağır dərddir. İyulin 1-dən də, tərs kimi benzinin, dizelin və marşurutlarda gediş haqqı bahalaşıb. Atası Kamal müəllim, rektor olsa da, maaşla dolanan bir müəllimdir. İşsiz qalan oğlunun özünü və ailəsini necə dolandıracaq axı? Yəqin Mehdi Abdullayevin ili təzə olan bir maşını olar. Ona görə də təklif edirəm ki, iyulun 1-dən taksilərə güclü təlabatın olduğu bir vaxtda “taksavatlıq” etməyə başlasın. Çörək qazanmaq ayıb deyil ki?

***

Fransanın erməni qanlısı və erməni yanlısı olan prezidenti E.Makronun partiyasının Avropa Parlamentinə keçirilən seçkilərdə müxalifətçi və dəhşətli dərəcədə ermənipərəst olan qadın Le Penə uduzub. Bu ermənipərəst və həmişə Qarabağı Ermənistana birləşdirməyə çağıran Milli Cəbhə Partiyasının sədri Le Pen, ekspertlərin rəyinə görə, ölkə parlamentində də yerlərin əksəriyyətini qazanacaq.

l

P.S. Belə yerdə deyiblər e, “gedər əntər-məntəri, gələr ondan betəri”. Daha bir deyim də var: “İlanın ağına da lənət, qarasına da”. Görəsən, o boyda Fransada bir normal fransızpərəst adam yoxdurmu ki, bir dılğır erməniyə görə Fransa kimi böyük bir dövlətin dünyada məhv edilməkdə olan nüfuzunu, imicini qorusun. Görünür, Fransada belə  normal  bir adam yoxdur. Belə çıxır ki, Fransız xalqı tamam erməniləşib.

***

İyunun 21-də Milli Məclis növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət etmişdi. Bu müraciət müzakirə olunarkən yalnız bir deputat qərarın əleyhinə düyməyə basıbmış. Amma həmin deputatın adı açıqlanmır.

P.S. Güman edirəm ki, belə cəsarətli deputat Milli Məclisin sədr müavini, 84 yaşlı Ziyad Səmədzadədir. Çünki hələ 1991-ci ildə də Azərbaycanın müstəqil dövlət olmasının əleyhinə səs vermişdi. Yəni SSRİ-nin saxlanmasını istəyirdi. İndi də parlamentin buraxılmasının əleyhinə ona görə səs verə bilər ki, növbəti dəfə yaşına görə deputat seçilməyəcəyini yaxşı bilir. Bu səbəbdən indiki parlamentin ömrünü uzatmaqla, özünün də deputat ömrünü uzatmaq fikrində ola bilər. Hər halda Ziyad müəllim istəmir ki, bu dünyadan pensiyaçı kimi köçsün. Deputat kimi bu dünyadan köçməyin, bakılılar demiş, alayı ləzzəti var.

***

Xəbər verilir ki, Məhərrəmlik öncəsi şadlıq sarayları qiymətləri artırıb, kəllə-çarxa çıxarıblar.

P.S. Belə lap əcəb ediblər. Bir millət ki, vəzifə üstündə bir-birini qıran iki əmi oğlu ərəbə 1500 ildir yas saxlaya, ona bu da azdır. Bir soruşan yoxdur ki, ərəblər bizim 20 Yanvar, Xocalı faciələrinə 40 gün demirəm, bircə gün yas saxlayırlarmı? Torpaqlarımızın 30 illik işğalı dövründə 20-ə qədər olan heç bir ərəb dövləti bizim haqq səsimizə dəstək vermədi. Əksinə, bu illər ərzində işğalçı Ermənistana hər cür dəstək verərək, qucaq açdılar. Hətta vaxtı ilə, bu gün hamının qayğısına qaldığı Fələstinin sabiq lideri Yasin Ərəfat, öz xalqı ilə erməni xalqını əzabkeş xalq adlandırırdı. Görəsən biz nə vaxt ayılıb, İranın molla rejiminin bizə sırıdığı bu Məhərrəmlikdən canımızı qurtararaq, həmin aylarda da toy-nişan edəcəyik? Nə qədər ki, ayılmamışıq, şadlıq saraylarının rəhbərləri yaxşı eləyib Məhərrəmlik öncəsi qiymətləri kəllə-çarxa qaldırırlar.

***

Üçü birində, müğənni, şairə, bəstəkar və hər üçündə də ala-yarımçıq olan Elza Seyidcahan “Səhər görüşləri” verilişində, yatmaq üçün yerinə uzananda gün ərzində olanları analiz etdiyini bildirərək, belə deyib: “Beynimdə şeir yazıram, mahnı bəstələyirəm, hərəkətlərimi düşünürəm, hər gün gecə hesabat verirəm: “Nəyi düz, nəyi səhv etdim”.     

1

P.S. Heyranına şükür, ya Rəbbim! Elza da nəyi düz, nəyi səhv etdiyini düşünərmiş. Rəhmətliyin qızı, indiyə qədər düz etdiyin nəsə olub ki? Etdiklərin hərəkətlər, ağlına gələni danışdığın sözlər, olmayan səsinlə oxuduğun mahnılar, yazdığın gic-gici şeirlər, geyindiyin əndrəbadi paltarlar, quş yuvasına, palma ağacına, çinkaçukların lələkdən olan taclarına, nə bilim daha hansı şeyə oxşayan saç düzümlərin, bir sözlə hər şeyin səhvdir. Hətta 56 il bundan əvvəl sənin dünyaya gəlməyinin özü də bir səhvdir, Elza xanım. Bir ara mahnısında deyildiyi kimi:

“Qurban olum səni doğan anaya,

Səni doğub, salıb bizi bəlaya”.

***

İyunun 29-da mərhum şair və dramaturq Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsində, müğənni Samirə Əfəndi sözləri yubilyara, musiqisi isə Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa etməsinə belə aydınlıq gətirib: “Mobil Babayev dünyasını dəyişməzdən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər”.

s

P.S. Samirə xanım, onlar bu mahnını sənə hədiyyə edərkən məgər demişdilər ki, “Sən gələndə” mahnısını oxuyanda mütləq açıq-saçıq geyimdə, daha doğrusu paltarsız oxumalısan? Nə deyim vallah, bəlkə də deyiblər.

***

Müğənni Xatun Əliyeva bir sayta, sənətçinin gözəlliyinin qadına zərər gətirə biləcəyi barədə danışarkən belə deyib: “Qadın nə qədər gözəl olsa da, bir o qədər ağıllı olmalıdır. Çünki gözəlliyin ona gətirdiyi zərərə, ancaq ağılla müqavimət göstərə bilər.

1

P.S. Bu Xatuna halal olsun, mən ölüm. Ayə, kişinin qızı qızıl xırdalayır, ətövbə. Xatun xanım, şou-biznesdə olan yalançı sənətçilərin 90 faizinin ağıldan kəm olduqları dəqiqdir. Əvvəla, ağılı olan gedib özünə plastik əməliyyatlar, süni gözəllik yaradaraq, inkubator cücələri kimi bir-birilərinə oxşamazdılar. Bu, bir! İkincisi isə, ağılı olan gözəl sənətçi xanım, lüt ətcə bala olub efirlərə, milyonların, o cümlədən doğmalarının qarşısına çıxmaz. İndi təsəvvür edin hər gün efirlərdən səsi, sənəti və ağılı olmayan, yalnız gözəlliyi və yığdırdığı gözəl bədən qurulşu ilə öyünən bu qədər ağılsızlara qulaq asmaq məcburiyyətindəyik. Sonra da deyirik bu insanlar niyə bu qədər ürək əməliyyatları keçirir, ürək damarlarına stendlər qoyulur, şəkərə tutulur, beyin insultu keçirir və sair. Belə şou-əhli xanımlara görə, bu qədər stres keçirən insanlar müxtəlif xəstəliklərə tutulacaqlar dəə...

***

Rəqqasə Rəna Ağamirova (Renka), dəniz kənarında at belində çəkdirdiyi şəkillərini sosial şəbəkədə paylaşıb və altından da belə yazıb: “İşimi, heyvanları, təbiəti sevirəm. Səhər saat 5-də etdiyimiz çəkiliş”.

r

P.S. Ay Renka xanım, bunun düşər-düşməzi olar e... Axı at həmişə murad deyil. Elə rus çariçası II Yekaterina da atları çox sevirdi. Axırda da elə bir atın qurbanı oldu... Renka xanım, sən də bir az ehtiyatlı ol haa...

ELÇİN

e

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN