"Sənin fikirlərin ağzın kimidir, keçərli deyil”.

Yerli mətbuata istinadən məlumata görə, bunu müğənni Afət Fərmanqızı Xalq artisti Naibə Allahverdiyevanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Sənətçi bütün bu faktları məhkəməyə təqdim edəcəyini bildirib: "Bir aktrisa var, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Bu aktrisa guya öz aləmində mənim cavabımı verib, bir Xalq artisti ilə mənim davama münasbət bildirib. Orada deyirsən ki, "bunun nə haqqı var ki, böyük sənəti olan sənətçiyə belə sözlər deyir". Bəs onun nə haqqı var ki, məni təhqir edir? Həmin təhqirləri mən xalqa deməmişəm. Çünki mənim yaxınlarım sarsıla bilər. Mən həmin faktları məhkəməyə tədqim edəcəm".

Afət Fərmanqızı hər iki xalq artistinə sual ünvanlayıb: "Hər ikiniz dövlətdən maaş alırsınız, niyə pandemiyada insanlara 10 manat yardım etmədiniz? Amma mən şəxsi vəsaitimdən 100 ailəyə yardım etdim. Ona görə də xalqın artisti də özüməm”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Xalq artisti Naibə Allahverdiyeva isə bu prosesdə Flora Kərimovanı müdafiə edib: "Sən kimsən? Hansı titulun sahibisən? Hansı oxuduğun musiqilərlə imza atmısan? Üç badam, bir qoz? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın".

E.ŞİRİNOV