Xalq artisti Flora Kərimova məhkəməyə verdiyi müğənni Afət Fərmanqızı barədə paylaşım edib.

Xalq artisti həmkarı barədə 28:28 dəqiqəlik hazırlanmış videoya bu sözləri yazıb:

“Düşünürəm, iddiası olanın SÜBUTLARA arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir.

Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq. Faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır! Həqiqətin yanında olan hər kəsə təşəkkür edirəm. Öpürəm hər birinizi. Flora Kərimova”.

E.ŞİRİNOV