AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının “XVIII əsr Marağanın şəhər həyatı (1728-ci il osmanlı müfəssəl dəftəri əsasında) adlı məqaləsi Rusiyanın “Вопросы истории” jurnalında dərc edilib.

Məqalədə əsasən 1728-ci ildə Osmanlı hakimiyyəti tərəfindən tərtib olunmuş müfəssəl dəftərin və eyni zamanda digər mənbələrin məlumatlarına söykənərək Marağanın şəhər həyatı, əhalinin məşğulluq sahəsi, şəhərin məhəllələri, şəhər bazarı və s. haqqında ətraflı danışılır.

Marağa livasının müfəssəl dəftəri, həmçinin Marağanın şəhər həyatı, əhalinin məşğul olduğu ayrıayrı kənd təsərrüfatı sahələri, ticarət, sənətkarlıq, gömrük xidməti və onlardan xəzinəyə toplanan vergilər barədə, eləcə də bölgə sakinlərinin dinietnik tərkibi, ərazinin coğrafiyası və toponimləri haqqında kifayət qədər qiymətli məlumatlarla zəngindir ki, bütün bunlar da Azərbaycanın orta əsrlər tarixinin qaranlıq səhifələrinin açılmasında, onun tarixi coğrafiyasının bərpasında böyük rol oynaya bilər.

E.ŞİRİNOV