...So­vet dövlə­ti­nin da­ğı­lıb SSRİ tər­ki­bin­də­ki türk res­pub­li­ka­la­rı­nın şər­ti azad­lı­ğa çıx­ma­sın­dan son­ra bu res­pub­li­ka­la­rın baş­qa türk ölkə­lə­ri ilə müqa­yi­sə­də

da­ha güclü, da­ya­nıq­lı dövlət olan Türki­yə ilə müəy­yən si­ya­si, iq­ti­sa­di, mə­də­ni və hət­ta müəy­yən hər­bi ele­ment­lə­ri olan iki­tə­rəf­li əla­qə­lə­rin qu­rul­ma­sı baş verdi. Xüsu­si­lə “türksoy” təş­ki­la­tı­nın ardlnca Türk dövlətləri təşkilatının ya­ra­dıl­ma­sı mil­li bir­lik şüar­la­rı ilə Azər­bay­can- Türki­yə əla­qə­lə­ri isə, hət­ta “bir mil­lət, iki dövlət” şüa­rı ilə müşa­yi­ət olu­nur.

 Mən si­ya­si şüar­la­rın səs­lən­di­ril­mə­si­nin əley­hi­nə de­yi­ləm, la­kin bu şüar­lar re­al­lı­ğı əks et­dir­mə­li və bu şüarların mahiyyətinə uyğun əməli tədbirlər həyata keçirilməlidir, bütün mil­lə­ti düzgün in­ki­şaf yo­lu­na is­ti­qa­mət­lən­dir­mə­li­dir. Təcrü­bə­də isə bu­nun ta­ma­mi­lə ək­si baş ve­rir.

Şüar­lar şüar xa­ti­ri­nə, kütlə­ni vəc­də gə­ti­rib ələ al­maq xa­ti­ri­nə səs­lən­di­ri­lir, re­al­lıq­da isə bu şüar­la­rın məz­mu­nu ta­mam baş­qa hal alır. Bun­dan baş­qa, türk xalq­la­rı­nın, türk dövlət­lə­ri­nin hər han­sı bir mə­sə­lə­də həm­rəy­li­yi be­lə mil­li bir­lik ki­mi qə­lə­mə ve­ri­lir. Mil­li bir­lik isə mil­li həm­rəy­lik­dən ta­ma­mi­lə fərq­li­dir. Mil­li bir­lik is­tər bir dövlət da­xi­lin­də, is­tər­sə də müxtə­lif dövlət­lə­rin əra­zi­lə­rin­də ya­şa­yan in­san­la­rın dil bir­li­yi­dir və bu dil birliyi mil­li bir­lik an­la­yı­şın­dan baş­qa heç bir şe­yi ifa­də et­mir. Be­lə ki, hər bir in­sa­nın mil­liy­yə­ti­ni, yə­ni onun han­sı mil­lə­tə mən­sub­lu­ğu­nu müəy­yən edən əsas həl­le­di­ci və də­yiş­məz şər­ti onun di­li­dir. Bu mə­sə­lə­də in­san­la­rın, hət­ta ir­qi, əqi­də­si, adə­ti və s. be­lə heç bir önəm­li rol oy­na­mır. Müxtə­lif ir­qə, əqi­də­yə, adə­tə və s. mən­sub olan in­san­la­rın di­li bir­dir­sə, de­mə­li on­lar ey­ni mil­lə­tə mən­sub­dur­lar. “Bir mil­lət, iki dövlət” şüa­rı da di­gər şüar­lar ki­mi si­ya­sət­baz­la­rın əlin­də məş­hur lə­ti­fə­də de­yil­di­yi ki­mi, “sa­rım­saq qa­tı­ğa” çev­ri­lib. Be­lə ki, Türki­yə və Azər­bay­can türkünün ey­ni mil­lə­tə mən­sub­lu­ğu ak­sio­ma ol­sa da bu günə türk iki yox, al­tı dövlət­dir. Əsas prob­lem isə türk mil­lə­ti­nin bir­li­yinin, yə­ni bütövlüyünün nə də­rə­cə­də han­sı sə­viy­yə­də ol­ma­sı­dır.

 Türkün isə ye­ga­nə çı­xış yo­lu onun mil­li bir­li­yi­nin ya­ran­ma­sın­da­dır...

 Türk xalq­la­rı­nın min il­lər bo­yu par­ça­lan­mış hal­da, di­li­nin in­ki­şa­fı həm də əsa­rə­tin­də ol­du­ğu ha­kim mil­lət­lə­rin sözlə­ri­nin türk di­lin­də özünə yer al­ma­sı nə­in­ki ey­ni soy­dan, hət­ta ey­ni boy­dan olan türk in­san­la­rın bir bi­ri­ i­lə an­laş­ma­sın­da böyük çə­tin­lik­lər ya­ra­dır. Bu­na on­la­rın yüzil­lik­lər ər­zin­də məc­bu­ri hal­da müxtə­lif əlif­ba­lar­dan və fərq­li qram­ma­ti­ka­dan is­ti­fa­də et­mə­yə sövq edil­mə­si, elə­cə də ay­rı- ay­rı əra­zi­lər­də ya­şa­yan türklə­rin müxtə­lif ləh­cə və şi­və­yə sa­hib ol­ma­sı mə­sə­lə­nin həl­li­ni ki­fa­yət qə­dər mürək­kəb­ləş­di­rir. İki və da­ha çox türk dövlət­lə­ri ara­sın­da çox sıx iq­ti­sa­di, si­ya­si və s. əla­qə­lə­ri qur­maq, hət­ta Av­ro­pa it­ti­fa­qı ti­pli bir­lik də ya­rat­maq olar. Bütün hal­lar­da bun­la­rın ha­mı­sı me­xa­ni­ki bir­lik­lər ola­caq və on­la­rın ya­ran­ma­sı dünya­da baş ve­rən iq­ti­sa­di, si­ya­si pro­ses­lər­dən xüsu­si­lə iri və güclü dövlət­lə­rin ma­raq­la­rın­dan ası­lı ola­raq ya­ra­nan si­tua­si­ya­lar­dan bir­ba­şa qay­naq­la­nan mə­sə­lə­lər­dir. Həm də bu bir­lik­lə­rin kökündə re­al mil­li bir­lik yox­dur­sa bu bir­ləş­mə­lər bünövrə­siz ev­dən baş­qa heç ­nə ol­ma­ya­caq. Mil­li bir­li­yin ya­ran­ma­sı isə me­xa­ni­ki de­yil, üzvü bir pro­ses­dir.

Nə qə­dər ki, mil­lət bütövləş­mə­yib onun dövlət­lə­ri də bütövlə­şə bil­mə­yə­rək qa­la­caq. Nə­ti­cə­də isə türkün bu gün əsa­rət­də olan önəm­li bir his­sə­si baş­qa güclü mil­lət­lər tə­rə­fin­dən as­si­mil­ya­si­ya edi­lə­rək tor­pa­ğı da mə­nim­sə­ni­lə­rək az-çox azad sa­yı­la bi­lə­cək al­tı dövlə­tin də prob­lem­lə­ri azal­maq əvə­zi­nə ar­ta­raq xə­ri­tə­dən si­lin­mə­yə ge­dib mil­lə­tin ikin­ci la­tın mil­lə­ti­nə çev­ril­mə­si təhlü­kə­si çox re­al ola­caq. Mə­sə­lən, türk tor­pa­ğı­nın çox böyük və zən­gin his­sə­si­ni zəbt edən Ru­si­ya Qa­ra­ba­ğı da Azər­bay­can­dan alıb er­mə­ni­yə ve­rib. Türk Rus­dan zə­if ol­du­ğun­dan Qa­ra­bağın dağlıq tor­paq­la­rı­nın heç bir his­sə­si­ni Ru­si­ya­dan ala bil­mir. Fərz edək ki, sa­bah Ru­si­ya zə­if­lə­di, cı­lız­laş­dı. Ye­nə də biz nə özümüzü müda­fiə edə bi­lə­cə­yik, nə­də ­ki, tor­paq­la­rı­mı­zı qay­ta­ra bi­lə­cə­yik. Çünki zə­if­lə­yən Ru­si­ya­nın ye­ri­ni güclü ABŞ tu­ta­caq. ABŞ zə­if­lə­sə onun ye­ri­ni güclü Çin tu­ta­caq. Türkün isə ye­ga­nə çı­xış yo­lu onun mil­li bir­li­yi­nin ya­ran­ma­sın­da­dır. Bu ba­xım­dan ümumtürk ədə­bi di­li­nin ya­ra­dıl­ma­sı türk mil­li var­lı­ğı­nın, mil­li mövcud­lu­ğu­nun və vəh­də­ti­nin özəl stra­te­ji ami­li­dir.

Bir müddət öncə Ba­kı­da ke­çi­ri­lən təd­bir­lə­rin bi­rin­də Qa­za­xıs­tan nüma­yən­də­si öz çı­xı­şı­nın so­nun­da qa­zax türkcə­sin­də bir şüar de­di və bu­na heç kim re­ak­si­ya ver­mə­di. O bu­nu ba­şa düşüb şüa­rı rus di­lin­də tək­rar­la­yan ki­mi sa­lo­nu gu­rul­tu­lu al­qış­lar bürüdü. Bu ümumtürk ədəbi dilinin yaranmasının və tətbiqinin zəruri olduğunu çox aydın göstərir. Milli həmrəyliyə gəldikdə isə hər hansı eyni bir hadisə, prosses, məsələ və sairəyə eyni millətdən olan insanların eyni münasibət sərgiləməsdir.

Mən ümumtürk ədə­bi di­li­nin ya­ra­dıl­ma­sı zə­ru­rə­ti ilə əla­qə­dar 08.09.2001-ci il ta­rix­də “525-ci qə­zet”də qı­sa da ol­sa fi­kir­lə­ri­mi bölüşdürmüşdüm. İkin­ci də­fə bu mövzu­ya qa­yıt­ma­ğı­ma bir ne­çə amil sə­bəb ol­du. Bun­lar­dan bi­ri ya­zı­çı Ana­rın öz müsa­hi­bə­lə­ri­nin bi­rin­də mə­yus­luq­la ümu­mi türk di­li­nin ya­ra­dıl­ma­sı­nın mümkün ol­ma­dı­ğı­nı di­lə gə­tir­mə­si ol­du. Dil­çi alimlər bu günə 28 türk dia­lek­ti­nin mövcud ol­du­ğu­nu qə­bul edir­lər. Bu dia­lekt­lər va­hid is­ti­qa­mət­də in­ki­şaf et­mə­di­yin­dən və yad sözlər­lə ta­nın­maz, dər­ke­dil­məz də­rə­cə­də bir-bi­ri­nə yad­laş­dı­rıl­mış­dır. Öz müsa­hi­bə­sin­də Anar fik­ri­ni açıq­la­ma­dı­ğın­dan on­da be­lə bir təəssu­ra­tın Qa­za­xıs­tan nüma­yən­də­si­nin çı­xı­şın­da­kı ki­mi hal­lar­dan for­ma­laş­dı­ğı­nı, ya­xud bütün dünya türklə­ri­nin va­hid türk di­li­nin ya­ra­dıl­ma­sı­nın mümkün ol­ma­dı­ğı­nı nə­zər­də tut­du­ğu­nu bil­mi­rəm. Bu müsa­hi­bə sı­ra­vi bir kə­sə məx­sus ol­say­dı bu­na heç əhə­miy­yət də ver­mə­mək olar­dı. Anar isə cə­miy­yət­də qə­bul olu­nan ağır çə­ki­li zi­ya­lı­lar­dan­dır. Be­lə zi­ya­lı­la­rın bir cümlə­si bə­zi mə­sə­lə­lər­də cə­miy­yə­tin inam və ira­də­si­ni qır­maq gücünə ma­lik­dir. Bu­na görə də on­la­rın xüsu­si­lə be­lə mühüm mə­sə­lə­lər­də fi­kir­lə­ri­ni so­na­dək tam açıq­la­ma­ma­sı və ya­xud mət­bua­tın on­la­rın fik­ri­ni qay­çı­la­yıb kon­teks­tin­dən çı­xa­ra­raq ya­yıl­ma­sı cə­miy­yət­də olan prob­lem və pro­ses­lər haq­qın­da ic­ti­mai şüur­da sağ­lam ol­ma­yan qey­ri ob­yek­tiv tə­səvvür­lə­rin for­ma­laş­ma­sı­na sə­bəb ola bi­lər.

 Di­gər amil isə Cə­nu­bi Azər­bay­can­lı və­tən­pər­vər bir gən­cin türk di­li­nin qa­da­ğan olun­du­ğu Cə­nu­bi Azər­bay­can­da özünün həb­si təhlü­kə­si­nə bax­ma­ya­raq soy­daş­la­rı­na Azər­bay­can türkcə­si­ni öyrət­mək cəhd­lə­ri və bu iş­də Cə­nu­bi Azər­bay­can türklə­ri­nin di­lin­də həd­dən ar­tıq fars sözlə­ri­nin otu­ruş­ma­sı sə­bə­bin­dən ha­zır­da Şi­ma­li Azər­bay­can­da is­ti­fa­də olu­nan qram­ma­ti­ka­nın ya­rar­sız ol­du­ğun­dan gi­ley­lə­nə­rək son­da çox ma­raq­lı və dəhşətli bir tək­lif­lə çı­xış edir. Tək­lif bun­dan iba­rət­dir ki. Cə­nu­bi Azər­bay­can­da Azər­bay­can türkcə­si­nin təd­ris et­mək üçün baş­qa bir qram­ma­ti­ka tər­tib və tət­biq et­mək la­zım­dır! Bu fakt da Tehranın fars və xüsusilə molla rejiminin 97 ildən bəri bu gün İran adlanan coğrafiyada öz milli torpaqlarında yaşayan təkcə Cənubi Azərbaycan türklərini deyil, eləcə də ümumilikdə 52,2 milyondan çox olan Türkmən, Kəngər, Qaşqay, Əfşar və s. türkləri doğma toraqlarından didərgin salması ciddi məsələdir. Və türklərin  dilini, mədəniyyətini, tədrisini, yeni doğulan uşaqlara türk adlarının qoyulmasını, hətta uşaqlara orta məktəbdə öz aralarında doğma türk dilində danışmağı qadağan etməklə, türk milli ərazilərində süni şəkildə iqtisadi, ekoloji fəlakət vəziyyətləri yaratmaqla, öz milli haqqlarını ölkə konstitusiyasında nəzərdə tutulan həddə, dinc yolla tələb edən türkləri cavanlı-qocalı, kişili-qadınlı edam etdirmək, sürgünə göndərmək, illərlə zindanlarda çürütmək vasitəsilə bu ölkədə türk milli mənliyini məhv etmək üçün dünya tarixində görünməyən vəhşiliklər etməsinə beynəlxalq təşkilatların susması faciədir. Dünyanın iri dövlətlərinin, hətta türk dövlətlərinin müxtəlif səbəblərdən fars rejiminin bu əməllərinə bu günədək göz yumması bu coğrafiyada türk mənliyinin mövcudluğunu hansı fəlakətli vəziyyətə gətirib çatdırdığını əyani şəkildə nümayiş etdirir.

Bu və­tən­pər­vər və mil­lə­ti­ni son­suz bir mə­həb­bət­lə se­vən bir gən­cin özü də bu­nu an­la­ma­dan türk düşmə­ni­nin Azər­bay­can türkünü mil­lət ola­raq par­ça­la­maq­dan ötrü ağ­lı­na gə­lə bil­mə­yən qor­xu­lu bir tək­lif irə­li sürür. Bu tək­lif­dən dəh­şə­tə gəl­mə­mək mümkün de­yil. Ona görə ki, yüz ilə ya­xın bir müddət­də türk di­li­nin, ədə­biy­ya­tı­nın, mə­də­niy­yə­ti­nin vəh­şi­cə­si­nə çox sərt və qə­ti qa­da­ğan edil­di­yi Cə­nu­bi Azər­bay­can­da türklə­rin xüsu­si aman­sız­lıq­la as­si­mil­ya­si­ya­ya mə­ruz qo­yul­ma­sı­nın mil­lət üçün son də­rə­cə­də təhlü­kə­li həd­də çat­dı­ğı­nı sübut edir. Bu çox böyük hə­yə­can zən­gi­dir. Bu fak­ta bi­ga­nə qal­maq ol­maz. Üstə­lik be­lə bir qram­ma­ti­ka bu gün Cə­nu­bi Azər­bay­can­da tət­biq edi­lər­sə bir müddət son­ra Azər­bay­ca­nın bütövlüyündən da­nış­maq be­lə mümkün ol­maz. Bu­nun qar­şı­sı­nı al­maq üçün baş­da Azər­bay­can Res­pub­li­ka­sı ol­maq­la bütün türk dövlət­lə­ri­nin bey­nəl­xalq təş­ki­lat­lar va­si­tə­si ilə Cə­nu­bi Azər­bay­can türklə­ri­nə dil azad­lı­ğı və mil­li-mə­də­ni mux­ta­riy­yət ve­ril­mə­si mə­sə­lə­sin­də fars re­ji­mi­nə bütün mümkün va­si­tə­lər­lə təz­yiq göstər­mə­si çox zə­ru­ri­dir...

(Davamı var)

Şapur QASİMİ, politoloq