Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 15 iyun -  Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşumuzun Memarı” adlı tədbir keçirilib. 

Tədirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin, rayon Mərkəzi kitabxana və filiallarının, Mədəniyyət mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və  əməkdaşları, rayon  Uşaq musiqi məktəbinin direktoru, müəllim və şagirdləri, Gənclərin İnkişaf və Karyera  Mərkəzinin könüllüləri və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Aytən İmanova  qeyd edib ki,                         

Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış günlərdən biri 15 iyun - Milli Qurtuluş günüdür. 

“Məhz bu gün Azərbaycan xalqı II dəfə əldə etdiyi müstəqilliyi itirmək, parcalanmaq, məhv olmaq təhlükəsindən azad olunmuşdur. Bu tarixi yaradan isə daima xalqına arxalanan, Azərbaycanı canı qədər sevən, bütün həyatını Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, inkişafına, beynəlxalq aləmdə tanınmasına sərf etmiş Ümummilli Lider Heydər Əliyevdir”, - deyə Aytən İmanova vurğulayıb. 

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra - Aytən İmanova, rayon MKS-nin direktoru Dövran Həsənov, UADM-nin direktoru Aynur Əsədova 15 iyun - Milli Qurtuluş Gününün tarixindən, onun mahiyyətindən, Azərbaycanın taleyindəki rolundan, Qurtuluşdan Zəfərə doğru keçən dövr ərzində Azərbaycan tarixinin parlaq səhifələrindən geniş söz açıblar.

…Çıxışlardan sonra 5 saylı tam orta məktəbin şagirdi, rayon GİKM-nin fəal üzvü Ləman Nəsirovanın ifasında “Şöhrətim Vətəndir” adlı şeir səsləndirilmişdir. Uşaq Musiqi məktəbinin direktoru Mehdiqulu Fərəcovun bayram təbrikindən sonra məktəbin müəllim və şagirdləri bir-birindən maraqlı musiqi nömrələri ifa ediblər. 

Tədbirin sonunda Mərkəzdə açılmış Qurtuluş gününə həsr olunmuş sərgiyə baxış keçirilib.


TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ