booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ARB kanalının aparıcısı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini canlı yayım zamanı aşağılayaraq efirdən qovmasına görə ictimaiyyət tərəfindən kəskin tənqid olunub. 

Bir çox tanınmış ziyalılar, media nümayəndələri... Zaur Kamalla bağlı sərt ölçü götürülməsi barədə müxtəlif qurumlara müraciətlər də ediblər.  Həmçinin baş verənlərdə telekanal rəhbərliyinin də məsuliyyət daşıdığını vurğulayıblar.

Canlı efirdə baş verənlərlə bağlı sosial şəbəkələrdə də qızğın müzakirələr gedib, aparıcının qonağına qarşı bu cür münasibət sərgiləməsinin yolverilməz olduğu, onun mütəmadi olaraq qonaqları ilə rəftarında xoşagəlməz hallara yol verdiyi açıqlanıb.

Qeyd edək ki, aparıcı Zaur Kamal ötən gün ARB TV-nin efirində yayımlanan "Həmin Zaur" proqramı başlayanda onu tənqid edənlərə özünəməxsus tərzdə cavab verib. Belə ki, proqram başlayanda, əvvəlcə "Dillərə düşmüşəm xəbərin varmı" mahnısı səsləndirilib.

Daha sonra aparıcı proqramı onu tənqid edənlərə xitabən belə bir monoloqla başlayıb: 

"Uzaqdan qüsursuz, yaxından lazımsız o qədər insan gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. Dillərə düşdü xəbərin varmı? 25 ildir radio-televiziya təcrübəm var. Hər zaman tamaşaçı qarşısına alnıaçıq çıxdım. Hər zaman tamaşaçı sevgisi hiss etdim. Damla-damla yığdığım bu sevgini Allah bizdən uzaq etməsin. Efirə həmişə sevincli hisslərlə çıxırıq. Bu gün də sevinclə, o ab-hava ilə gecəni açıq elan edirəm. Həmişə çalışdığım radio, televiziyada müğənnilərin 80 faizinə köməklik etdim. Kim yazdısa, gənc ifaçı oldu canla, başla dedim ki, dəvət edək", - deyib.

Əlbəttə, insan bəzən səhvə yol verə bilər... Amma xoş o insanın halına ki, haqlı iraddan - tənqiddən nəticə çıxara bilə və xalqın gözündən düşməyə. Təəsssüf...

Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN