Misir Mərdanov vaxtilə, düz 15 il təhsil naziri postunda fəaliyyət göstərib.

Üç gün əvvəl sabiq təhsil naziri Misir Mərdanov rəhbəri olduğu  Riyaziyyat və Mexanika İnstitutunda Elm və Təhsil naziri Emin Əmrullayevlə görüşüblər.

Bu barədə sabiq nazir özü sosial şəbəkə hesabında paylaşım edib.

“ Riyaziyyat və Mexanika İnstitutunda Elm və Təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə görüşdüm. Görüş zamanı nazir ilə institutun hazırda olan vəziyyətini və perspektivlərini müzakirə etdik. Elm və təhsil naziri ilə ilk görüşümüz uğurlu oldu, görüşdən razı qaldım.

Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”, -deyə Misir Mərdanov qeyd edib.

Xatırladaq ki, Misir Mərdanov 1989-cu ilin iyun ayından 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləmişdir.

1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci il martın 25-ə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 1998-ci ilin martından 2013-cü il aprelin 18-ə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir.

Misir Mərdanov  AMEA-nın müxbir üzvüdür, ,fizika-riyaziyyat elmləri doktoru, professordur.

Hazırda  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

Qeyd edək ki, Misir Mərdanovun nazir olduğu zamanlarda da KİV-də  təhsil sahəsi ilə bağlı xeyli tənqidi məqalələr dərc olunurdu.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA