booked.netbooked.net booked.net  

Artıq son illər məktəblərdə, ali təhsil ocaqlarında baş verən neqativ halların bir çoxunu gizlətmək mümkünsüzləşib.

Elm və texnikanın, İKT-nin inkişafı baş verən hansısa xoşagəlməz hadisəni ictimailəşdirmək üçün an məsələsidir. Bir andaca həmin videokadr, yaxud aidioyazı, fotoşəkil... bəzək-düzək verilərək sosial şəbəkələrdə, KİV-də yayılır.

Bugünkü qəhrəmanımızla bağlı videokadrlar Azərbaycanda hansısa universitetlərin birində çəkilib. Və bu barədə ilk olaraq sosial şəbəkələrdə məlumat yayılıb.

***

Qeyd edək ki, tehsil.az tərəfindən youtube kanalında yayımlanmış videoda tələbələri tərəfindən çilədən çıxarılan müəllim əvvəlcə bir neçə dəfə  "Allahu-əkbər" deyir, daha sonra onlara xitabən “tüpürüm sifətinizə....” deyir və otağı tərk edəcəyi barədə xəbərdarlıq edir. Tələbələr isə müəllimləri əsəbiləşib onları təhqir etdikcə, qəhqəhə çəkib gülürlər...

Onu da bildirək ki, həmin videokadrların müzkirə olunduğu sosial şəbəkələrdə, əksəriyyət şəxs müəllimin tərəfini tutaraq onun dediyi ifadələrə haqq qazandırıblar. Onlar bir çox yeniyetmə və gənclərə ailələri tərəfindən düzgün tərbiyə verilmədiyini, müəllimlərin onların əlindən cana gəldiyini və ilaxır qeyd ediblər.

Həmin videogörüntünü təqdim edirik:

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN