booked.netbooked.net booked.net  

Məktəblərdə 1 və ya 2 müəllim çalışdığına rast gəlmişdik...

Amma məktəbdə 1 və ya 2 şagirdin oxumasına ilk dəfədir rast gəlirik. Belə ki, Gürcüstanın məktəblərində müəllim və şagirdlərin sayı ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. Tezadlar.az Gürcüstan TN-nin saytına istinadla bildirir ki, aparılan araşdırmalar zamanı ölkə üzrə sadəcə bir şagirdin təhsil aldığı 2 məktəb qeydə alınıb. Məlumata əsasən, Duşeti rayonunun Çarğalı kəndindəki ictimai məktəbdə 7 müəllim və 1 şagird, Kaspi rayonunun Qudaleti kəndindəki ictimai məktəbdə isə 4 müəllim və 1 şagird mövcuddur. Bundan başqa, Gürcüstanda yerləşən daha 4 məktəbdə 2 şagird təhsil alır; 9 məktəbdə 3; 6 məktəbdə 4, 8 məktəbdə isə 5 şagird təhsil alır. 

 Gürcüstanda ümumilikdə şagirdlərinin sayının 1-dən 30-a qədər olduğu 288 məktəb mövcuddur. Say baxımından ən böyük məktəblərə gəlinincə, rəsmi məlumata görə, ən çox şagird (2664 nəfər) Tbilisinin ilk eksperimental dövlət məktəbində təhsil alır. Növbəti sırada 2633 şagirdlə Tbilisinin 175 saylı məktəbi, üçüncü sırada isə 2548 şagirdlə 161 saylı məktəb qərarlaşıb.

Bax belə. Əlavə şərhə ehtiyac görmürük. Amma nəticə çıxarmağa ehtiyac var... 
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN