booked.netbooked.net booked.net  

Bundan sonra ali məktəblərdə dövlət imtahanı keçirilməyəcək.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev açıqlama verib.

Milli Məclisin deputatlarından bir çoxları bu qərarın çoxdan verilməli olduğunu bildirsə də, əleyhinə olanlar da var.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov KİV-ə açıqlamasında bildirib ki, məsələ bilavasitə Elm və Təhsil Nazirliyinin səlahiyətindədir.

“Hesab edirəm ki, bunun üçün mövcud hüquqi bazada, sənədlərdə müəyyən dəyişiklik edilməsinə ehtiyac duyulur. Yanaşmalar müxtəlifdir, bəziləri dəstəkləyir, bəziləri əksini düşünür. Bu məsələdə universitetlərin də rəyləri nəzərə alınmalı, müzakirələr aparılmalıdır. Bunun effektivliyinin nə dərəcə olacağına baxılmalıdır. Mövcud qanunları dəyişirik, lakin bunun sonrakı nəticəsi ağır və mürəkkəb ola bilər. Atılan hər bir addım ciddi şəkildə düşünülüb, araşdırılmalıdır. Mənim şəxsi mövqeyimə gəlincə, bu yanaşmanı tam olaraq dəstəkləmirəm”, - deyə o, diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, bu qərar çox tələsik şəkildə verilib və bunun sonradan fəsadlarının baş verəcəyi də istisna deyil.

“Bunun tələsik atılan bir qərar olduğunu düşünürəm. Ciddi düşünüb, məsləhətləşib, daha sonra qərar vermək olardı. Bəzən qərar verilir, addım atılır, daha sonra biz onun fəsadlarını yaşayırıq. Hesab edirəm ki, burada yenidən ciddi araşdırma və  təhlillərə ehtiyac var", - deyə Ceyhun Məmmədov.

Qeyd edək ki, bir çoxları nazir Emin Əmrullayevin verdiyi bu qərarı alqışlayır və Sovet dövründən qalma qayda olduğunu bildirir.

Əlbəttə, tələbələr il uzunu dərsə cavab verirsə, sessiya imtahanlarında biliyini ortaya qoyursa, dövlət imtahanına nə gərək var?..

Məsələnin digər tərəfi - bəzi ali təhsil ocaqlarında bəzi tələbələr dövlət imtahanlarını bilikləri ilə deyil, müxtəlif yollarla “yola ver”məyə çalışırlar... Və bu şəraiti onlara yaradanlar da yox deyil...

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN