booked.netbooked.net booked.net  

Azərbaycan müstəqillik qazandıqdan sonra xarici universitetlərin qapıları da gənclərimizin üzünə açıldı.

Əksəriyyət imkanlı ailələrin övladları xarici universitetlərdə təhsil almaq şansı qazandı. Daha doğrusu, bir çox universitetin ödənişləri sıravi insanlar üçün xəyal ola biləcək belə universitetlərdə təhsil almaq üçün külli miqdarda pula ehtiyac var. Əlbəttə, yüksək biliyi saysində, hətta həmin universitetlərimizdə aladıqları pulsuz təhsillə yanaşı, yüksək təqaüd alanlarımız da var…

Artıq ölkədə ilbəil xaricdə təhsil alanlarımız çoxalıb. Problem ondadır ki, işə qəbul zamanı ölkə universitetlərində təhsil alana deyil, xaricdə təhsil alanlara üstünlük verilir və fərq qoyulur. Halbuki ölkə universitetlərində təhsil alan və xarici dilləri bilən kifayət qədər tələbələrimiz var.   Ayrı - seçkiliyin ən dözülməzi isə xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı ortaya çıxır – onlar yalnız müsabiqə və ya müsahibədən kənar qəbul edilə bilərlər, yerli universitetlərimizin diplomunu daşıyanlarımız isə mütləq testdən - müsabiqədən, müsahibədən keçməlidirlər... Çünki onlara bu ayrımçılığı “Dövlət qulluğu haqqında" qanunun 28-ci maddəsi şərait yaradır…

Sual ortaya çıxır: görəsən, təhsilverənlərimiz zəifdir, yoxsa təhsil sistemimiz? Bəlkə təhsil alanlarımız elmin sirrlərinə xaricdəki kimi yiyələnə bilmirlər – onların qavraması buna yol verə bilmir? Necə ola bilər ki, ölkəmizin təhsil sisteminin dünya, avropa sisteminə uyğun olduğu deyilir, amma eyni səviyyədə ölkədə orta təhsil almış gəncin xaricdə təhsil alan kimi daha savadlı mütəxəssis olacağı düşünülür?

Qeyd edək ki, bu məsələ ictimaiyyəti də, dövlət qulluğuna qəbul olunmaq istəyən şəxsləri də narahat edir və haqlı olaraq narazı salır: əgər ölkəmizin ali təhsil barədə diplomları xarici diplomlara uduzdurulursa, ikili münasibət sərgilənirsə, daha yerli universitetlərimizin fəaliyyətinə nə ehtiyac var?!

 P.S. Onu da qeyd edim ki, bəhbəhlə təriflənən xarici universitetlər var ki, yığdığı test balı ilə Azərbaycandakı universitetlərin yaxınından da keçə bilməyən ən zəif abituriyentlərə də qapısını açır və onlar 4 ildən sonra əli xarici diplomlu mütəxəssis kimi yuxarı başa keçirilir… Yəqin ki, düşünməyə dəyər.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN