booked.netbooked.net booked.net  

Məlum olduğu kimi, subbakalavrlar (kollec məzunları) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.

 Bəs kollec məzunlarının ali təhsil müəssilərinə imtahansız qəbulu hansı halda mümkündür?

 Dövlət İmtahan Mərkəzindən (DİM) azedu-ya bildirilib ki, subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edə bilərlər.

 DİM-dən qeyd edilib ki, qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra subbakalavrlar da müsabiqədə iştirak edə bilər.

 Qeyd edək ki, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük verilir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edə bilərlər.

 

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN