“Bağça müəllimləri artıq sertifikasiya üçün hazırlığa başlasınlar”.

 Bu barədə Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova danışıb:

 “Bağça müəllimlərinin sertifikasiyadan keçməsində məqsəd daha keyfiyyətli təhsilin təmin olunmasıdır. Müəliimlər çərçivə sənədinin çıxmasını gözləməsinlər. Onlara tövsiyə edərdim ki, indidən hazırlaşsınlar”.