Məlum olduğu kimi, iyun ayında Elm və Təhsil Nazirliyi tərəfindən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimlərin sertifikasiya imtahanları keçirildi.  Bu imtahanlarda bir çoxlarının nəticəsi o qədər də ürəkaçan olmayıb.

 Elm və Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyat fənləri üzrə ən zəif nəticə göstərən müəllimlərin hansı ali təhsil müəssisələrinin məzunları olduğunu açıqlayıb. 

 Beləliklə, açıqlamadan məlum olub ki, 0-29 bal toplayanların 35%-i Kirovabad Dövlət Pedaqoji İnstitutunun, 27%-i Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının, 23%-i Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının, 17%-i isə Gəncə Dövlət Pedaqoji İnstitutunun məzunlarıdır...

TEZADLAR.AZ